“Bugünkü Nazirlər Kabinetinin iclası heç bir islahat gözlənilmədiyini çılpaqlığı ilə ortaya qoydu. İclas Komunist Partiyası bürosunun keçmişdə keçirdiyi iclasların təkrarı idi”. 

Teleqraf.az Cebhe.info -ya istinadən xəbər verir ki, bunu Azərbaycan Parlamentinin keçmiş sədri Rəsul Quliyev deyib. R.Quliyev qeyd edib ki, iqtisadiyyatın amiranəlik metodu ilə idarə ediləcəyinə, bu istiqamətdə icra başçıları və nazirlərə verilən şüar tipli tapşırıqlar ölkədə vəziyyətin dahada ağırlaşacağından xəbər verir:

“2015-ci ildə Gürcüstandan 50 faiz, Ermənistandan 30 faiz aşağı olan təqaüd 2016-cı ilin əvvəlində daha bir 20 faiz aşağı düşdü. Çox maraqlıdır , istənilən ölkədə devalivasiyadan öncə pensiyanın artırılması proqramı hazırlanır və devalyasiya ilə ya paralel, ya da bir neçə gün ərzində həyata keçirilir. Bir çox vaxt ümumiyyətlə pensiyanın indeksasiya edilməsi avtomatik , yəni devalivasiyaya uyğun avtomatik qaldırılır. Bizdə isə pensiyaların artırılması haqqında 2016-cı ildə təkliflərin hazırlanması tapşırığı verilir. Görəsən bu təkliflər ortaya çıxa biləcək? Çünki manatın devalivasiyası hər gün azalmaq üzrə davam edir. Bu gedişlə hökumət hər gün pensiyalar üçün yeni proqram təklif etməlidir, ya da manatın dibə dəyməsini, yəni 10 manat – 1 dollar olmasını gözləməlidir. Əgər ölkədə istehsal edilən məhsul alıcıların tələbatından azdırsa, onun qiymətini süni yolla saxlamaq mümkün olmayacaq, artacaq, balans yaranana qədər. Əks halda qıtlıq olacaq, saatlarla növbədə durmalar və təbii qara bazarlar yaranacaq. Bu elementar anlayışları anlamayanlar necə islahat edə bilərlər? “Ölkədə istehsal edilən məhsulların qiyməti qalxmamalıdır” iddiasına düşənlər, olan-qalan məhsul istehsalını da məhv edəcəklərindən qorxmurlar? Məgər bu insanlar istehsalın artmasının stimulunun istehsalçının qazancı olduğunu başa düşmürlər? Qiymətlərin aşağı salınmasına nail olmaq üçün məgər istehsalçını onlardan alınan çoxsaylı rüşvətlərdən xilas edə biliblərmi? Bu rüşvətlərin artıq manatın yeni kursu ilə alındığından xəbərsizdirlərmi? İstehsalçının məhsul istehsal etməsi üçün alınan xammal, texnika, enerjinin qiymətlərinin artdıqlarını bilmirlərmi? Məgər istehsalçının hökümətin yaratdığı manopolistlərdən asılı olduğunu, özünün bazara malını çıxarmaq şansının olmadığı özləri yaratmayıblar? Azərbaycanlılar nəsə bir möcüzə yaranacağına və vəziyyətin öz özündən düzələcəyinə inanmamalıdırlar. Passiv də olsa hökümətin qulağına cata biləcək etirazlarını bildirməlidirlər”. 

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti