|
Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasını sınaqdan keçirməsi ilə əlaqədar fövqəladə iclas keçirəcək.
İclas ABŞ və Yaponiyanın təklifi ilə çağırılıb və qapalı olacaq.
Qeyd edək ki, bu gün Şimali Koreya hökuməti ölkə televiziyası ilə xüsusi bəyanat yayaraq hidrogen bombasının uğurla sınaqdan keçirildiyini bildirib. Məlumatda sınağın mənfi ekoloji təsirlərinin olmadığı xüsusi vurğulanıb.
Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikası əvvəllər 2006, 2009 və 2013-cü illərdə nüvə sınaqları keçirib. Buna cavab olaraq BMT TŞ rəsmi Pxenyana müxtəlif sanksiyalar tətbiq edib. (APA)