Məlahət İbrahimqızı: "Onlar hansı prizmadan baxırlar, hansı bucaqdan baxırlar, dəyərləndirirlər?"...

“Bir neçə gün əvvəl də demişdim ki, bu günlərdə cənab prezident İlham Əliyev cəmiyyəti, hamını sevindirəcək. Həqiqətən də belə oldu, 210 nəfər məhbus əfv edildi, öz ailəsinə qovuşdu. Bu, nə qədər insanın sevinməsi deməkdir, nə qədər ailə, insan, qohum-əqrəba sevinir". Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı musavat.com-a açıqlamasında əfv fərmanını bu cür qiymətləndirib.

O, bildirib ki, bu fərman həmin insanların islah olunması doğru həyata yenidən qayıtması üçün şansdır: "Əminəm ki, məhbuslar, onların ailələri bu sərəncamdan məmnunluq hissi duyacaqlar. Bu sərəncam prezidentin əfv sərəncamları içərisində ən yüksək dəyərləndirilənlərdən biri olacaq. Arzu edirəm ki, bu gündən sonra bu məhkumlar daha mənalı, gözəl həyata qovuşsunlar. Gələcəkdə yeni bir xətaları, suçları olmasın. Daha sağlam yaşasınlar, yaşadıqları həyat bütün nöqsanları doldursun”.

M.İbrahimqızı əfv fərmanına siyasi məhbusların düşməməsinə də münasibətini açıqlayıb: “Onu deyənlər, hüquq müdafəçiləri kimləri nəzərdə tutur, bilmirəm. Onlar hansı prizmadan baxırlar, hansı bucaqdan baxırlar, dəyərləndirirlər? Əfv Komissiyası üçün, onun sədri üçün ancaq məhkumlar baxımından, prizmasından baxırıq. Başqa söhbət ola bilməz axı. İndiyə qədər heç bir beynəlxalq təşkilatda siyasi məhbusun tərifini verən yoxdur, doğru-dürüst açıqlamasını verən yoxdur. Azərbaycana gələndə, bunu təzyiq kimi deyirlər. Cinayət törətmiş, hazırda cəza çəkən insanların yenidən doğru yola qayıtması üçün, mənəvi cəhətdən daha kamil vətəndaş olması üçün ona bir şans verilir. Ona görə prezident onları əfv edir. Siyasi məhbus məsələsini önə çəkənlər dövlətə xəyanətə siyasi həbs deyirlər? Siyasi məhbus anlayışını qəbul edə bilmirəm. Azadlığa çıxmaq üçün öz günahını qəbul edən, etdiyindən peşman olan, azadlığına qovuşmaq istəyən sağlam adamlardan gedir söhbət. Söhbət əfv olunanların törətdikləri cinayətdən peşman olmasından gedir. Siyasi məhbus məsələsindən danışanlar bu məsələni və əfv siyahısını siyasi alverə döndərməsinlər. İki yüz on nəfər elinə-obasına qovuşub, bunu dəyərləndirmək əvəzinə, buna qarşı çıxanların fikirləri başa düşülmür. Belə məna çıxır ki, siyasi alver, manipulyasiya ilə məşğuldurlar”.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti