|
Bu gün KXCP idarə heyətinin iclası olub. İclasda İctimai- siyasi vəziyyət və ilin yekununa dair müzakirələr keçirilib.
Teleqraf.az-ın məlumatına görə, iclasda Dunya Azərbaycan Türklərinə bayram müraciəti ünvanlanıb və Güney Azərbaycan türklərinin vəziyyəti müzakirə edilib. KXCP üzvləri hər il olduğu kimi bu il də, 31 dekabr 2015-ci il Saat 12:00-da Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyinin məzarı ziyarət edəcək və Saat 13:00-da isə İranın Azərbaycanda olan səfirliyi qarşısında piket keçirəcək.