|
Gələn ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumu keçiriləcək.
Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında forumun keçirilməsi ilə bağlı saziş bu ilin oktyabrında Londonda imzalanıb.
president.az saytının məlumatına görə, sazişin müddəalarını həyata keçirmək Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə və Xarici İşlər Nazirliyinə tapşırılıb.