QAT adıçəkilən qurumun rəhbəri Akif Nağının Gürcüstana buraxılmaması ilə bağlı xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib. Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Tiflis görüşü ərəfəsində ünvanlanan müraciətdə deyilir: 

“Bu il dekabrın 21-22-də Tiflisdə Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirlərinin nəzərdə tutulan görüşü ilə bağlı Sizə müraciət edirik. Bu görüşlərin üç ölkə arasında xoş münasibətlərin inkişafına xidmət etdiyi heç kəsdə şübhə doğurmur. Bu görüşlər həm də mövcud problemlərin aradan qaldırılmasına xidmət etməlidir. Bir daha diqqətinizə çatdırırıq ki, Akif Nağı 2014-cü ilin iyun ayından etibarən Gürcüstana buraxılmır. Bu məsələ ilə bağlı biz bir neçə dəfə sizə müraciət etmişik. Həmçinin dəfələrlə Gürcüstanın prezidenti, baş naziri, xarici işlər nazirinə məktub göndərmişik, Gürcüstanın Azərbaycandakı səfiri və konsulu ilə görüşmüşük. Lakin bu günə qədər Gürcüstan tərəfindən müraciətlərimizə heç bir konkret və məntiqli cavab verilməyib, Gürcüstan rəhbərliyinin bu qərarının heç bir səbəbi açıqlanmayıb”. 

QAT bəyan edib ki, qadağa təşkilatın işinə mane olur: “...Bu qərar Azərbaycanla Gürcüstan arasındakı xoş münasibətlərin xarakterinə qətiyyən uyğun gəlmir. Biz burada erməni izinin olduğunu düşünürük. Xahiş edirik ki, Tiflis görüşü zamanı bu məsələni də gündəmə gətirib, müsbət həllinə nail olasınız”. 

Müraciətdə deyilir ki, biz Gürcüstanla münasibətlərin xoş olmasını istəyirik, ancaq Gürcüstan rəhbərliyinin bu qərarını xoşniyyətli addım hesab etmək olmaz. QAT xəbərdarlıq da edib: “Məsələ yaxın vaxtlarda həllini tapmasa, biz kəskin addımlar ata, məsələn, Gürcüstan rəhbərliyinə daxil olan rəsmiləri, prezidenti, baş naziri, xarici işlər naziri, müdafiə nazirini arzuolunmaz şəxs elan edə, onların Azərbaycana səfərlərini etiraz aksiyaları ilə qarşılaya və digər tədbirlərə əl ata bilərik. Biz məsələnin bu həddə çatmasını istəmir və bizim müraciətə diqqətlə yanaşacağınıza inanırıq”.

QAT-ın müraciəti ilə bağlı XİN-dən “Yeni Müsavat”a bildirdilər ki, məsələni araşdırandan sonra cavab veriləcək.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti