Tərtər rayonunun sabiq icra başçısı, Tərtər Özünümüdafiə batalyonunun keçmiş komandiri Sərdar Həmidov Modern.az saytına açıqlamasında son vaxtlar ölkədə baş verən hadisələrə diqqət çəkib.

Onun sözlərinə görə, müharibə şəraitində olsaq da,  bəzi adamlar dövlətçilik hissini itirib.

“Hakimiyyətdə olan qüvvələr dövlətin naminə çalışmalıdır. Əmrə qulaq asıb işğal altındakı əraziləri azad etmək lazımdır. Dövlətə qarşı çirkin işlər həyata keçirmək yox. Ölkədə talançılıq etməklə dövlət başçısının, güc nazirliklərinin fikrini Qarabağdan yayındırmağa çalışırlar. Belə hərəkətlərə yol verməklə öz istəklərinə çata bilməyəcəklər. Bütöv şəkildə torpaqları geri qaytarmalıyıq. Yerevan şəhəri İrəvana çevrilməlidir. 100 il bundan qabaq şəhərin adı nə olubsa, o da qaytarılmalıdır. Ermənilər tamamilə sıradan çıxmalıdır”.

Keçmiş döyüşçü “MTN-işi” ətrafında baş verənlərə toxunaraq deyib ki, bu cür əməlləri həyata keçirənlər bekarçılıqdan belə işlərə gediblər.

“Təsəvvür edin. Sobanın içində od yoxdursa o yanarmı?! Əlbəttə yox!  Dövlətin daxilində yerləşən güc nazirlikləri də dövlət başçısının ətrafında birləşməsə, dövlət başçısına tabe olmasa, bu cür hadisələr baş verəcək. Qarabağı azad etmək lazımdır. Bəsdir, dövlətin başına bu qədər oyunlar açdılar. Hamı müharibədə iştirak etməlidir. Müharibə olsaydı, MTN-nin bu cür çirkin işləri ortaya çıxmazdı. Bu boyda nazirlik bekarçılıqdan dövlətə lazım olmayan işlərə əl atıb. Göründüyü kimi, işsiz-gücsüz adamlar imiş. İşə baxın ki, ölkədəki güc strukturları bacarıqsız işlərlə məşğul imiş. Dövlət təhlükəsizlik orqanı işçilərinin tutduğu əməllərə baxın! Ölkənin generalı, polkovniki palçıqda işləyən fəhlədən rüşvət yığırmış. Bu, biabırçılıqdır. Bizim də torpaqları erməni əkir, becərir varlanır. Sonra da gedib dünyaya səs salırlar ki, torpaqlar  əzəldən onların olub, indi də onlarındır. Sizinlə danışdıqca, içimdən müharibəyə getmək keçir. Bu dəqiqə də əlimə silah alıb vuruşmağa hazıram. Əldə olan silahların hamısı dövlətə təhvil verilməlidir. Əhali arasında namaz qılan da, namaz qılmayan da prezidentin ətrafında sıx birləşməlidir”.

Sərdar Həmidov əgər müharibə başlasa, bir ayın içində Azərbaycanın qələbə çala biləcəyinin mümkün olduğunu deyib.

“Əgər müharibə başlasa hansı istiqamətdə döyüşü başlamağı dəqiq bilirəm. Bir ayın içində üçrəngli bayrağımızı Ağdərəyə və Şuşaya sancmaq olar.

Təbii ki, cənab prezidentin yerinə danışa bilmərəm. Amma Nardaran hadisələri, “MTN işi” olmasaydı bəlkə də müharibə başlaya bilərdi”.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti