"REAL Hərəkatı 1 noyabrda keçiriləcək Milli Məclis seçkilərinin nəticələrini tanımayacağ"

Bu barədə məlumat Qaynar.info-ya REAL Hərəkatından daxil olub.

Hərəkatın yaydığı məlumatda bildirilir ki, REAL Hərəkatı seçkilərdə iştirakla bağlı oktyabın 2-də verdiyi qərarda ölkədə seçki mühitinin olmadığını, seçki institutunun sıradan çıxarıldığını, xalqın öz iradəsini azad şəkildə ifadə etməsinin mümkünsüz olduğunu, əsas hədəflərimizin, məqsədlərimizin vətəndaşlarla təmas qurmaq olduğunu açıq şəkildə ictimayyətə bildirmişdi: "REAL Hərakatının adından 17 nəfər təşəbbüs göstərərək namizədlik üçün müraciət etdi, namizədlərimiz üçün imzatoplama kampaniyasında vətəndaşlarımızdan 10 minə yaxın imza alındı, hər bir imza üçün 12-15 nəfərlə görüşüldü, danışıldı, REAL və namizədimiz haqqında məlumat verildi, tək imzatoplama kampaniyasında 100 mindən çox vətəndaşımıza REAL haqqında əlavə məlumat verməyə nail olundu. 

Qeydə alınmış namizədlərimizin dairələrində ümumilikdə 450-500 min seçici – vətəndaş yaşayır. Cəmi 22 günlük təbliğat-təşviqat dönəmində namizədlərimiz bütün gücünü vətəndaşlarla görüşlərə, qapı-qapı gəzərək seçicilərə REAL haqqında, şərlənərək qeyri-qanuni həbs edilmiş, barəsində Avropa Məhkəməsinin azad olunması tələbini də özündə ehtiva edən qərarı olan Sədrimiz İlqar Məmmədov, REAL-ın proqramı, hədəfləri, ölkədə yaşanan problemlərin həlli yolları haqqında məlumat verildi. Seçki kampaniyası dövründə 120 mindən artıq çap materialları vətəndaşlara paylanıldı, bu da Hərəkatımızın daha yaxşı tanıtımında mühim rol oynadı.

Hakimiyyət məhz REAL Hərəkatından olan namizədlərin çoxluğunu, onların canlı yayımda fərqli üslub, dil, yanaşma ortaya qoya biləcəyini, REAL-ın daha çox insan tərəfindən tanınacağını nəzərə alaraq pulsuz efir vaxtının verilməsindən imtina etdi. 

REAL Hərəkatı seçkidə iştirakla bağlı verdiyi qərarda qarşısına qoyduğu məqsədlərə çatdığını, ölkədə seçki mühitinin, seçki institutuna vətəndaşların inamının olmadığını, belə bir şəraitdə seçkilərin MSK tərəfindən elan olunacaq rəsmi nəticələrinin bizim üçün əhəmiyyətsiz olduğunu, indiki şərtlərlə formalaşacaq parlamentin xalqın iradəsini əks etdirməyəcəyini bəyan edir."

Məlumatda daha sonra qeyd edilir ki, ölkədə seçki institutunun məhv olunmasının məsuliyyəti hakimiyyətin üzərindədir, bu ölkəmiz üçün çox ağır nəticələrə gətirib çıxaracaq:"REAL Hərakatı 1 noyabrda keçiriləcək Milli Məclis seçkilərinin nəticələrini tanımayacağını bəyan edir və tələb edir ki, siyasi məhbuslar tezliklə azad edilsin, ölkədə azad və rəqabətli siyasi mühit yaradılsın, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin. 

Bununla yanaşı REAL Hərəkatı seçiciləri öz hüquqları uğrunda mübarizə aparmağa, seçkilərə gəlib saxtakarlıqlara yox deməyə, seçki pozuntuları ilə bağlı məlumatları REAL Hərəkatının seçki qərargahına bildirməyə dəvət edir."

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti