|
Avropa İttifaqı Türkiyənin bloka üzvlüyü məsələsinə yenidən baxılmasını təklif edib. Lakin bunun üçün Türkiyə hökuməti Avropaya mühacir axının qarşısını almaqda kömək etməlidir., Avropa İttifaqının (Aİ) rəsmilərindən belə bir açıqlama ilə çıxış edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təkliflə əlaqədar çıxışında Avropa İttifaqının yuxudan gec ayıldığını və Türkiyənin mühacir böhranının həllində vacib rol oynaya biləcəyini Avropanın hələ indi anladığını bildirib. Ərdoğan bloku qeyri-səmimi olmaqda ittiham edib.
“Hazırda əksər Avropa Birliyi ölkələri bizimlə müqayisədə çox geridə qalmış ölkələrdir. Biz iqtisadi nöqteyi nəzərdən, eyni zamanda, Kopenhagen meyarları baxımından da əksəriyyətindən irəlidəyik. Lakin təəssüf ki, bizə qarşı səmimi davranmırlar. Avropada kimsə 30-40 mühacir qəbul edəcəyini açıqlayır, və sonra Nobel mükafatına namizəd kimi göstərilir. Bizdə isə, hazırda 2.5 milyon mühacir var, amma bu, heç kimin vecinə deyil. Çünki Nobel mükafatı da siyasiləşdirilib”.
Türkiyə hökuməti mühacir böhranının aradan qaldırılması məsələsində Avropa Birliyi ilə razılığa gəlmədiyini açıqlayıb. Hökumət Brüsselin mühacir böhranı həll olacağı təqdirdə, Türkiyə vətəndaşlarına şengen vizası veriləcəyi təklifini isə, siyasi rüşvət adlandırıb.