|
Almaniya parlamenti “erməni soyqırımı”nın tanınması ilə əlaqədar qanun layihəsini müəyyən müddətə qədər təxirə salıb.
Axar.az xəbər verir ki, alman parlamentinin iclasında iştirak edən partiyalar “Gənc türklər” tərəfindən Osmanlı dövründə ermənilərə qarşı soyqırım törədildiyini iddia edən layihənin ikinci və üçüncü oxunuşunu naməlum tarixə qədər təxirə salınmasına qərar verib.
Xatırladaq ki, bu layihə bu ilin yazında da müzakirələrə səbəb olmuşdu. Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmayer Ankaraya bəslənən rəğbətə görə "soyqırım" sözündən istifadə etməmişdi.