|
AZADLIQ-2015 siyasi partiyalar blokunun namizədlərinə qarşı təzyiqlər, qanunsuzluqlar, süründürməçiliklər davam edir.
43 Sumqayıt üçüncü seçki dairəsindən qeydiyyat üçün sənədlərini təqdim edən KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyi qeydə alınmayıb. Artıq hakimiyyət dairələri hər cür saxatakrlığın və yalanın nəinki məntiqdən, hüquqdan, insan haqlarından hətta gerçək faktdan çox yuxarıda tutduqları vəziyyətə gəliblər. “...14 səsin məlumatında düzəliş edilmiş, 1 imza sətri tam doldurulmamışdır” ifadəsini yazanlar ya düşünüblər ki, imza vərəqlərinin ksrekopyaları götürüülməyib vəya sağlam düşüncələrini tam itiriblər. Təsəvvür edin nəinki, rəydə göstərilən həmin məlumatlarda, hətta imza vərəqələrindəki heç bir bir məlumatda düzəliş yoxdur. Digər imzaların bir adam tərəfindən qoyulması isə “...ehtimalki EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.” DSK-nın bu biabırçı qərarından MSK-ya şikayət edilmişdir. Çeşidli çətinliklərin yaradılmasın baxmayaraq 12 seçki dairəsində aşağıdakı namzədlərimiz qeydiyata alınıblar:
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsində Bayramov Nurəddin-KXCP
9 saylı Binəqədi ikinci seçki dairəsindən Musayev Elşad-BAP,
11 saylı Qaradağ seçki dairəsindən Əbil Bəybala-KXCP
15 saylı Yasamal birinci seçki dairəsində Əliyev Əli
16 saylı Yasamal ikinci seçki dairəsi-Vəliyeva Nisəxanım-KXCP
17 saylı Yasamal üçüncü seçki dairəsi-Abbasov Şahin İdris oğlu-VİP
20 saylıNərimanov ikinci seçki dairəsindən Teyyublu Xəzər-KXCP
41 saylı Sumqayıt birinci seçki dairəsi-Abdullayev Əliəddin-KXCP
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Bağorov Rəyasət-KXCP,
63 saylı Sabirabad birinci seçki dairəsindən Pənah Hüseyn-AXP,
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən İsrayılov Məzahir-AXP
87 saylı Ağsu – İsmayıllı seçki dairəsindən Babalı Yaqubu-KXCP namizədlikləri qeydə alınmışdır.