|
“Azadlıq-2015” Seçki Blokunun 104 saylı Gədəbəy – Tovuz seçki dairəsindən deputatlığa namizədi, KXCP Ali məclisinin üzvü Ələkbərov Telman Zaman oğlu Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılıb.
Bu barədə Teleqraf.az-a bilgi verən Telman Ələkbərov nə üçün çağrılması haqqında dəqiq məlumatı olmadığını deyib: ”Namizədliyim DSK-da təsdiq olunduqdan bir gün sonra məni MTN-nin Gədəbəy rayon şöbəsinə dəvət edərək, 02 oktyabrda MTN-in baş idarəsinə çağıırılmağım haqqında çağırış vərəqəsi verdilər. Çağırış vərəqəsində bilirilir ki, 1205 nömrəli cinayət işində şahid olaraq iştirak etməm lazımdır. Mənim heç bir cinayyət işində nə iştirakım, nədə xəbərim var.
Elşən Əlisoy