Hüquqi dövlətin yaranmasının zəruri başlanğıcı-xalq tərəfindən hakimiyyətin formalaşması üçün azad və ədalətli seçkilərin keçirilməsi şansı növbəti dəfə aradan qaldırılır.

Hakimiyyət mövcud olduğu dövrlərdəki ənənələrinə qoruyaraq seçkilərə münasibətini dəyişə bilmir. Dairə Seçki Komisiyaları yerl icra hakimiyyətlərinin, hüquq inzibati orqanların, mafioz qrupların təsir və təzyiqlərindən qurtula bilir, seçkilər ilkin mərhələdən qanun pozuntuları şəraitində başlayır və yəqin ki, axıra kimi belə davam edəcək.

Artıq Milli Məclisə seçkilərin ilk mərhələsi – namizədlərin verilməsi başa çatmaq üzrədir. Hakimiyyət orqanları ənənəvi üsullardan əl çəkimir, ölkədə nəinki seçkiqabağı demokratik mühüt yaradılmır, əksinə seçkinin əlamətlərini görmək mümkün deyil, əksinə:

-Dairə Seçki Komissiyaları namizədliklə bağlı sənədləri müxtəlif bəhanələrlə götürmür,

-Namizədlərə icra hakimiyyəti, hüquq-mühavizə orqanları tərəfindən təzyiqlər edilir; onların ailə üzvlərini, yaxın adamlarını işdən çıxarmaqla hədələyir, müxtəlif təzyiqlər edirlər;

-Namizədlərə imza verən vətəndaşları qorxuzaraq imzalarından imtina etməyə məcbur edirlər,

-Hakimiyyət orqanları, seçki komissiyaları müxtəlif üsullarala namizədləri seçkilərdə iştirakdan çəkindirirlər,

-“AZADLIQ-2015” Blokunun səlahiyyətli nümayəndəsi oğurlanaraq gizlədilir,

-Banklarda namizədlərin xüsusi seçki açmasına maneçilik göstərilir,

-Büdcə təşkilatlarında işləyən vətəndaşların şəxsiyyət vəsiqələri yığılır, idarələrdə və YAP-ın yerli təşkilatlarında imzalar toplanılır.

54 saylı Şabran-Siyəzən dairəsində icra hakimiyyəti orqanları “AZADLIQ-2015” seçki blokunun namizədi Həbibulla Cavadovun birbaşa ailə üzvlərinə təzyiqlər göstərilir, qardaşları işdən çıxarılır.

66 saylı Biləsuvar seçki dairəsində- “AZADLIQ-2015” seçki blokunun səlahiyyətli nümayəndəsini oğurlanaraq namizədin sənədlərinin DSK-ya təqdim edilməsinə maneçilik törədilir.

107 saylı Qazax seçki dairəsində Qazax şəhərində, Qaymaqlı və digər kəndlərdə “AZADLIQ-2015” seçki blokunun namizədinə imza verənlərə imzalarından imtina etməsi ilə bağlı təzyiqlər göstərilir, hətta Sınıq körpü sərhəd keçid məntəqəsinin bəzi gömrük işçilərinin seçki ilə bağlı təzyiq kompaniyasına qoşulduqları faktları mövcuddur.

27 saylı Sabubçu ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri gizlənib, seçki sənədlərini komissiyaya vermək və vaxtında qanunauyğun sənədləri almaq mümkün olmayıb.

Belə hadisələr, qanunsuzluqlar, süründürməçilik bir çox Dairə Seçki Komissiyalarında baş verir. Hakimiyyət orqanları seçki saxtakarlıqlarını həyata keçirmək üçün hər cür vasitələrdən istifadə etməsi, təkcə siyasi rəqiblərinə qarşı deyil, vətəndaşlara, qeyri-hökümət təşkilatlarına, azad mediaya- bütövlükdə Vətəndaş Cəmiyyətinin qarşı artan təzyiqlər, hətta beynəlxalq təşkilatlar tərəfindən seçkiləri müşahidə edilməsinə imkan verilməməsi çox təhlükəli tendesiylardan xəbər verir.

Bütövlükdə hakimiyyət dairələri anlamaq istəmirlər ki, hakimiyyətin qanuni, demokratik yolla formalaşması və dəyişdirilməsinin yeganə mexanizmi olan seçkilərin saxtalaşdırılması cəmiyyətin seçkilərə inamını tamamilə sarsıdır. Artıq cəmiyyətdə baykot çağırışları eşidilir, haqlı olaraq beynəlxalq təşkilatların, bütövlükdə mütərəqqi dünyanın tənqid hədəfinə çevrilən Azərbaycanın dövlət imicinə ciddi zərər dəyir.

“AZADLIQ-2015” siyasi partiyalar bloku hakimiyyət orqanlarını seçkinin başlanğıc mərhələsində baş verən qanunsuzluqlara, özbaşnalığa son qoymağa və azad, şəffaf, ədalətli seçkilərin keçirilməsi üçün zəruri şəraitin yaradılmasına çağırır.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti