“Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət heyətinin üzvü Sahib Kərimlinin partiyann sədrinə qarşı çıxdığı barədə təsəvvürlər yalnışdır. Bu, elə Əli Kərimli tərəfindən hazırlanmış xüsusi oyundur”.

Bunu “AZƏRFAKS”a AXCP-dəki adının çəkilməsini istməyən mənbə deyib. Onun sözlərinə görə, AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayevin fəaliyyəti ölkə gündəmini məşğul etdiyindən və bu fəaliyyətin nəticəsində AXCP barədə mənfi rəylərin artması ortaya yeni mövzunun atılmasını zəruri edib: “Cəmiyyətdə artıq belə bir fikir forlamalaşır ki, AXCP növbəti dəfə parçalanır və əksəriyyət yenilik tərəfdarı olan Razi Nurullayevin arxasınca gedir. Rayonlarda konfransların keçirildiyinə dair xəbərlərin bir-birini əvəz etməsi isə insanlarda AXCP barədə qəti qənaətin formalaşmasına səbəb olur. Odur ki, AXCP rəhbərliyi bütün bunlardan narahat olaraq Sahib Kərimli projesini gündəmə gətirməyə qərar verib”.

Mənbə iddia edir ki, S.Kərimlinin sosial şəbəklərdə paylaşdığı fikirlərin hamısı partiya rəhbərliyi ilə razılaşdırılır: “Diqqət edin, Razi Nurullayev hansı arqumentlərlə çıxış edirsə, Sahib Kərimli həmin arqumentlərin əksini sübut etməyə çalışır. Yəni baxın, sədrin yaxın adamlarından biri kimi tanınan şəxs də rəhbərliyi sərt tənqid edə bilir və hətta onun yerinə iddiasını ortaya qoymaqdan çəkinmir. Burada Sahib Kərimlinin partiya sədrinə qarşı çıxmasından qətiyyən söhbət gedə bilməz. Bu sadəcə Razi Nurullayevi gündəmdən salmağa və güya partiya daxilində yeni bir islahatçı ortaya çıxdığına dair təsəvvür yaratmağa yönəlmiş əməliyyatdır. Qarşıdakı qurultayda Sahib Kərimli namizəd olacaq və getdikcə daha sərt açıqlamalarla çıxış edəcək. Hətta xüsusi adamlara tapşırılırb ki, Sahib Kərimlini sosial şəbəklərdə satqın kimi qələmə verib onun yazdıqlarına sərt şəkildə rəy bildirsinlər. Bununla hər şeyin həqiqi olduğu görüntüsü yaratmağa çalışırlar. Əslində isə bu prosesin arxasında elə partiya rəhbərliyi dayanır. Demək istəyirlər ki, Razi Nurullayevin ittihamları əsassızdır, partiya daxilində hər kəsin söz demək, iddia ortaya qoymaq imkanı var ”. 

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti