"Bizim bu günümüzə düşməyimizdə daha çox harın məmurların və oliqarxların rolu vardır."

Azərbaycan hakimiyyəti ilə Avropa dövlətlərinin arasında baş verən gərginlik, Azərbaycan ziyalılarınıda ciddi narahat edir. Teleqraf.az-ın məlumatına görə, bu hadisələrə münasibət bildirərək, “ Bizim güclüyüyümüz həm də demokratik seçkilərin keçirilməsindədir “ deyən Tarixçi alim Dilavər  Əzimli özünün “Facebook” səhifəsində bunları yazıb:

"Bu gün Azərbaycanla bağlı Avropa dövlətlərinin atdığı addım bizləri də dərindən narahat edir. Biz Azərbaycanı təlatümsüz görmək istəyirik. Biz bu dövlətçilik uğrunda şəhidlər verdik. Bizim şəhidlərin üzərindən rus tankları keçdi. Mənim üçün güclü, demokratik Azərbaycan vacibdir. Azərbaycanın bir qarışını da nə Rusiyaya, nə Avropa, nə də ABŞ dövlətlərinə qurban vermərəm. Bu dövlətçilik bizim milli namusumuzdur. Amma dövlətçiliyə ziyan gətirən bir sıra səbəblər vardır. Şəxsən inanıram ki, ölkə başçısı özündə güc tapıb bu məsələdə obyektiv addım atacaqdır. Çıxışlarında dəfələrlə məmurları tənqid edib. Onlara özlərini yığışdırmağı tövsiyyə edib. Hesab edirəm ki, bu xəbərdarlıq idi. İndi qəti addımların zamanı çatıbdır. İnanmıram ki, ölkə başçısı Azərbaycanın hansısa dövlətin boyunduruğuna girməsinə razı olsun. Bizim bu günümüzə düşməyimizdə daha çox harın məmurların və oliqarxların rolu vardır. Azərbaycanda həddini aşan bu məmurlar və oliqarxalar ölkənin hüquq-mühafizə sisteminə qədər təsir imkanlarına malikdlrlər. Bu baxımdan ölkəmizdə bəzi hakimlərin "fəaliyyəti" də Avropanın bizə qarşı çıxardığı bəyanatlara səbəb olubdur. Bəzi deputatlarımızın o qədr sərvəti vardır ki, onlara deputat kimi yox, milyarder kimi baxırlar. Məmur balalarının hərəkətləri Ərəb şeyxlərinin hərəkətlərini də ötübdür. Bunu zərbəsi isə Azərbaycana dəyir. Qarşıdan parlament seçkiləri gəlir. Artıq siyahıların hazır olduğunu bəyan edirlər. Yəni, yerlər zəbt olunub. Sanki vəzifəyə təyin olunurlar. Əminəm ki. ölkə başçısının əli ilə bu siyahı məsələsi darmadağın olunacaqdır. Bundan əlavə, sentyabrın 14-də keçiriləcək Milli Məclisin iclası ölkə başçısının nəzarəti altında olacaqdır. Bizim güclüyüyümüz həm də demokratik seçkilərin keçirilməsindədir. Bizim güclülüyümüz və Azərbaycanın təlatümsüz ötüşməsi ölkədə islahatların həyata keçirilməsi, inhisarçılığın aradan götürülməsindədir. Biz "Azərbaycan Alimlər Birliyi" olaraq ölkə başçısına bu istiqamətdə hər cür yardım etməyə hazırıq!"

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti