|
Qacar Türklərinin hakimiyyətdən uzaqlaşdırılması ilə 90 ildir ki, fars şovinizmi “İran” adlandırdığı məmləlkətdə ermənilər xaric, fars olmayan xalqları və etnik qrupları “İran milləti” adı altında assimiliyasiyaya uğratmaqda, ənənəvi fars şovinizmini “Şiə məzhəbi” üzərində bina edərək digər xalqları bütün doğal haqlardan məhrum etməkdədir. Bunun üçün fars şovinistləri hakimiyyət rıçaqlarından maksimum istifadə edərək ölkənin yerli əhalisinin əsasını təşkil edən, min illərlə bu ərazidə yaşayan xalqları, o cümlədən də farsları idarə edərək heç bir milli ayrıseçkiliyə yol verməyən, dünya mədəniyyəti xəzinəsinə öz unikal töhvələrini bəxş edən Güney Azərbaycan Türklərini ən adi insan haqlarından belə məhrum edir, buna qarşı çıxanlara isə dünyada analoqu olmayan işgəncələr verirlər.
KXCP III Qurultayı - İran İslam Respublikası hökümətindən tələb edir:
Qəbul etdiyi Konstitusiyasına və imza atdığı Beynəlxalq sənədlərdə nəzərdə tutulan müddəalara əməl etsin ;
Azərbaycan Türklərinin hüquqlarını müdafiə edən fəallara qarşı həbslərə və edamlara son qoysun;
Azərbaycan Türklərinin ana dilində təhsil almasına, ana dilində azad mətbuat yaratmasına və ana dilində radio – televiziya verilişləri yayınlamasına şərait yaratsın;
Azərbaycan Türklərinin tarixini saxtalaşdırmasın, onların yaratdığı maddi və mənəvi mədəniyyət nümunələrini məhv etməsin, tarixi şəxsiyyətlərini farsların adına çıxmasın;
Azərbaycan Türklərini fars şovinizminin girovuna çevirməsin;
Adını “İslam Respublikası”, əhalisini “Müsəlman” adlandırıb, Quzey Azərbaycan Respublikasının 20 faiz torpaqlarını xarici ağalarının hərbi yardımı ilə işğal edən, Xocalıda soyqırım törədən, bir milyon müsəlman Azərbaycan Türkünü öz yurd-yuvasından didərgin salan ermənilərə hər cür yardımı dayandırsın.