|
Qədim Türk dünyasının təfəkkür və mədəniyyət qaynaqlarından olan Doğu Türküstanda min illərdir yaşayan və bu ərazidə onlarla dövlət quran Uyğur Türkləri artıq bir əsrdir ki, şovinist Çin hakimiyyəti tərəfindən repressiyaya uğradılmaqdadır.
1947-ci ildə əhalinin siyahıya alınmasına görə, Şərqi Türküstan (indiki Sincan – Uyğur Muxtar Vilayəti) əhalisinin 87 faizi Uyğur Türkü, yalnız 4 faizi çinli olduğu halda Çinin hakim dairələri mərhələ- mərhələ zorla bölgəyə çinli əhali köçürərək bölgənin etnik yapısını dəyişmiş, artıq çinli əhali ilə Uyğurların sayını demək olar ki, bərabərləşdirmişdir.
100 ildən artıqdır ki, Uyğur Türkləri ədalətsizliklərlə qarşı-qarşıyadır. Öz milli haqlarını itirmək təhlükəsi ilə üz-üzə qalan Uyğurlar bu gün Çinin hakim dairələri tərəfindən represiyalara məruz qalır, qorxu içində yaşayırlar. Vəziyyət o həddə çatıb ki, Uyğur Türklərinə mənsub olduqları İslam dininin müqəddəs ayinlərini icra etməyə belə icazə verilmir, ayinləri icra edənlər ağır işgəncələrə məruz qalırlar.
Bütün bunlar isə adlarını “Beynəlxalq Təşkilat”, “İnsan haqları müdafiəçiləri” qoyub, demokratiya, insan haqları ilə bağlı bəyanat verib, qətnamə qəbul edən qurumlar, “İslam təssübkeşləri”, “İslam Konfransı Təşkilıatı, və adına “İslam Respublikası” yarlığını yapışdırmış ölkələr Uyğurlarla bağlı Çində baş verənlərə heç bir münasibət bildirmir, bu vəhşət və dəhşəti görməzdən gəlirlər. Bu qurumların Uyğurlarla bağlı Çində yaşananlara biganə yanaşmaları vəziyyəti daha da çıxılmaza salmışdır.
KXCP III Qurultayı - Beynəlxalq Təşkilatları və bütün Türk dünyasını Çindəki Uyğur Türklərinin haqlarını müdafiə etməyə, Çinin bu qeyri-insani səyasətinin qarşısını almağa çağırır, Çin hökümətindən Uyğur Türklərinə qarşı işgəncələrinə son qoymağı tələb edir.
Teleqraf.az