Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, senator Yona Martin (Yonah Martin) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Kanada Parlamenti Senatında bəyanatla çıxış edib.

Azərbaycanın Kanadadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda qeyd edilir ki, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Respublikası müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olmuşdur.

Bildirilib ki, Respublikanın ən mühüm nailiyyətlərindən biri 1919-cu ildə qadınların seçki hüququnu tanıyaraq, kişirlərlə eyni siyasi hüquqlar verməsi idi: “Qeyd edilməlidir ki, Kanada qadınları da səsvermə hüququnu məhz həmin ildə əldə etmişdir və bu, Britaniya və ABŞ-dan illərlə öncə baş vermişdir”.

Sonra Azərbaycanın müstəqilliyinin yalnız iki il sürdüyü və Qırmızı Ordunun Bakını tutmasından sonra, ölkəmizin 71 il Sovet İttifaqının tərkibində yaşamağa vadar olduğu qeyd edilir.

1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanın hazırda regionun iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrindən biri olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan bütün vətəndaşlarına dini etiqad azadlığını təmin edən dünyəvi dövlətdir: “Buna görə də, əhalisinin əksəriyyəti müsəlman olan ölkədə, yəhudi və xristian icmaları azad şəkildə dinlərinə etiqad edə bilirlər. Azərbaycan dini etiqad azadlığı və birgə yaşayışı seçdiyinə görə təqdir edilməlidir”.

Daha sonra 2013-cü ildə Kanada Parlamenti nümayəndə heyətinin tərkibində Azərbaycana səfərinə toxunan senator Martin, bu səfərin ona Azərbaycanın zəngin mədəni irsi və tarixi yerləri ilə şəxsən tanış olmaq imkanı yaratdığını bildirib. O, həmçinin rastlaşdığı qadınların timsalında Azərbaycan qadınlarının həqiqi müstəqilliyinə diqqət çəkərək, bu səfərdən mənmnunluğunu dilə gətirib.

Senator Martin, həmçinin Bakıda olarkən nümayəndə heyətinin Alov qüllələrində Kanada mehmanxanasının yerləşəcəyi və Kanada şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini öyrəndiklərini bildirib. Bununla bağlı, o, biznes və ticarətin müxtəlif sahələrində əıməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb.

Sonda Yona Martin senatorları Azərbaycan icmasının Kanada mədəniyyət mozaikasına verdiyi töhfəni, Azərbaycan səfirliyinin mühüm rolunu və Azərbaycanın müstəqilliyinin 97-ci ildönümünü qeyd etməyə dəvət edib, eləcə də ölkəmizə parlaq gələcək arzulayıb.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti