|
27 may 2015- ci il tarixdə Azadlıq - 2015 seçki bloku nun Sədrlər Şurasının iclası olub.
Teleqraf.az-ın məlumatına görə, iclasda KXCP, Azadlıq, BAP, VİP, ALDP, Aydınlar partiyası, AXP sədrləri iştirak edib.
Toplantıda son hadisələrlə bağlı ölkədə yaranmış ictimai- siyasi vəziyyət müzakirə edilib və qərarlar qəbul edilib. Qərara alınıb ki, prezident İlham Əliyevə təklif edilsin ki, aşkara çıxmış korrupsiya faktlarınnın obyektiv araşdırılmasına imkan yaratmaq və vahiməyə düşmüş məmur təbəqəsinin dövlət üçün təhdid yarada biləcək təxribatlarının neytrallaşdırılması üçün A.Rasizadə başda olmaqla Nazirlər Kabinetini və Mərkəzi Bankın sədrini istefaya göndərsin və Nazirlər Kabinetini yenidən formalaşdırsın. Azadlıq – 2015 kabinetin təşkilinin prezidentn müstəsna səlahiyyəti olduğunu qəbul edərək yeni kabinetin tərkibinə hadisələrdə məsuliyyəti olan şəxslərin, oliqarx- məmurların yeni kabinetə daxil edilməsinin məqsədəuyğun olmadığı rəyini ifadə edir. Bundan əlavə Milli Məclisə seçkilərin iki ay tezləşdirilməsi məsələsinə baxılması Milli Məclisin tətilinin ləğv edilməsi təklif edilsin. Azadlıq- 2015 vətəndaşlarımıza müraciət edərək ölkənin taleyi üçün çox məsuliyyətli bir məqamda səfərbər olmağa, o cümlədən I yay Avropa oyunlarının tam təhlükəsiz və uğurlu başa çatması üçün hər kəsi əlindən gələni əsirgəməməyə çağırır.