|
Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, özünə varis hazırlamır və dövlət başçısı dəyişikliyinin demokratik yolla dəyişməsinin tərəfdarıdır.
“Mən bütün vərəsəliyin qəti əleyhinəyəm. Çox İstərdim ki, məndən sonra demokratik yolla elə bir insan seçilsin ki, mənim kimi hər parça torpaq, bu torpaqda yaşayan xalq barədə düşünsün”.
Modern.az xəbər verir ki, bunu prezident Bloomberq agentliyinə deyib: “Mənim oğlanlarım prezident deyillər, onlar buna can da atmırlar. Əgər onlar bu vəzifədə işləmək istəyirlərsə, onda onların buna hazırlaşması lazımdır”.
Belarus lideri əlavə edib ki, hələlik onu bu vəzifədə əvəz edə biləcək adamı görmür.
Lukaşenko 1994-cü ildən Belarusa rəhbərlik edir, indiyədək 3 dəfə prezident seçilib. Belarusda növbəti prezident seçkiləri bu il noyabrın 15-nə təyin olunub.