Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın Mətbuat xidmətindən Teleqraf.az-a daxil olan məlumata görə, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul  edilmişdi.

Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilib, KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası ilə bağlı dəyərləndirmə aparılmış, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə edilib:

“KXCP Zona Əlaqələndirmə Komitələrinin yığıncaqları ilə bağlı məlumat verilmişdir. Partiya sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış etmişdir. Müaxifətlə iqtidar arasında keçiriləcək görüşlərlə bağlı təkliflər verilmişdir”.

Məlumaat əsasən, yığıncaqda milli valyutanın qəfil devalvasiyası nəticəsində yaranan vəziyyət müzakirə edilib: “Mərkəzi Bank rəhbərliyinin milli valyutanın yumşaq devalvasiya ilə bağlı bəyanatlarına baxmayaraq qəfildən kəskin devalvasiya aparmasının soyğunçuluqdan başqa adı yoxdur. Bütövlükdə xalqın aldadılması, vətəndaşların uzun illər ərzində ağır günləri üçün topladıqları əmanətlərin dəyərdən düşməsinə, müəssisə-təşkilatların büdcələrinin boşalmasına, bankların bir an içərisində müflisləşməsinə səbəb olan bu hadisə insanların dövlət sturukturlarına inamına ağır zərbə vurdu və hakimiyyətin “analoqsuz inkişaf” nağıllarına son qoydu. Xalqa ümid yeri kimi göstərilən neft gəlirlərinin talanması, iqtisadiyyatın yalnız neftdən asılı vəziyyətə salınaraq digər istehsal sahələrinin aradan qaldırılması, uzun illər manatın dəyərini süni yollarla qorumaqla dövlət büdcəsinə milyardlara ziyan verilməsinin təbii nəticələri ilə qarşılaşdıq. Manatın sürətlə qiymətdən düşməsi bahalaşmanı sürətləndirdikcə sosial partlayışlara sürüklənən daha ağır nəticələr gözləniləndir. KXCP hakimiyyəti xalqın ağır vəziyyətə düşməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə, vəziyyətdən sui-istifadə edərək bahalaşma yaradan məmur özbaşnalığı-inhisarlaşma-rüşvət-korrupsiya zəncirini qırmağa çağırır”.

Yığıncaqda hakimiyyət orqanlarının vətəndaş cəmiyyətinə qarşı apardığı repressiyaları durdurmadığı, əksinə, günü-gündən daha da artırdığı qeyd edilib: “Yasamal rayon məhkəməsinin ötən ilin sentyabr ayında baş vermiş yüngül avtomobil qəzası ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə, ciddi bir əsas olmadan, 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı hökm oxunub. Şikayətçi, hətta zərərçəkən  olmayan hadisəyə görə cəza verilməsi birbaşa Cəmil Həsənlinin siyasi fəaliyyəti ilə bağlı olduğu göz önündədir. KXCP hakimiyyət orqanlarından bu cür ədalətsiz fəaliyyətə son qoymağı, siyasi mübarizədə milli-mənəvi dəyərləri gözləməyi və qanunun aliliyini qorumağı tələb etmişdir.

Yığıncaqda Xocalı soyqırımının ildönümü münasibəti ilə KXCP tərəfindən 26 fevral, saat 13.00-da soyqırım qurbanlarının abidəsinin ziyarət edilməsi qərara alınmışdır”.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti