“Cənablar, bəlkə 22 ildən sonra bu millətin həqiqi nümayəndələrinə də, ”Con" və  “Vasya” qarşısında heç bir öhdəliyi olmayanlara da öz  aqibətlərini özlərinin müəyyən eləməsi üçün bir şans tanıyasız?” 

“İstər ərəb ölkələrində, istərsə də Ukraynada bu barışmazlıqların hansı nəticələr verdiyi göz önündədir.”

Azadlıq Partiyasının sədri Əhməd Oruc hakimiyyətlə siyasi partiyaların arasında başlanan dialoq prosesinə tənqidi mövqedən yanaşan siyasi qüvvələri hədəfə alan və qalmaqal yaradacaq yazı ilə çıxış edib. Musavat.com-a təqdim etdiyi geniş yazıda Əhməd Oruc bildirib ki, daxili barışın əleyhinə olan beynəlxalq güclər, onların dəstəyi ilə ayaqda duran bəzi qüvvələr dialoq prosesinin uğurla nəticələnməməsi üçün var gücü ilə işləyirlər.

Ona görə də bu prosesin hakimiyyətə lazım olduğu barədə təbliğat aparılır: “Guya demokratik dəyişikliklər edilməsi üçün hakimiyyətə Qərbin güclü təzyiqləri var və hakimiyyət də məcburən bu demokratiya oyununu oynayır. Əvvəla, siyasətdən başı çıxan hər kəs başa düşür ki, Qərbin əlində demokratiya bir təsir, təhdid vasitəsidir.  Qərb öz maraqlarına uyğun olduqda istənilən reyimlə əməkdaşlıq da edir, marağı olmadıqda demokratiya adı altında heç bir günahı olmayan ölkələri xarabazara da çevirə bilir.  Bəli,  bu proses hakimiyyətə lazımdır, Qərbi əsas təzyiq vasitələrindən, ölkədəki resurslardan mərhum etmək üçün, regionda və dünyada baş verən təlatümlərin fonunda öz hakimiyyətini qorumaq üçün. Və zənnimcə, məhz bu nöqtədə - ölkənin kənar təsirlərdən azad olması, dünyada baş verən fəlakətli proseslərdən qorunmaq baxımından hakimiyyətlə bizim maraqlarımız üst-üstə düşür və bu üst-üstə düşən maraqlar bugünkü prosesin əsas lokomotividir”.

Ə.Oruc qeyd edib ki, başlanan prosesin az da olsa ilkin nəticələri var, millətin içində bu proseslər nəticəsində vəziyyətin yaxşılaşacağına bir ümid yaranıb: “Sivil ölkələrdə olduğu kimi bizdə də hakimiyyət təmsilçisi ilə milli müxalifət dialoq aparır, bir neçə siyasi məhbus azad olundu, digərlərinin ən azı vəziyyətinin yaxşılaşması üçün danışıqlar aparılır, dialoq vəziyyəti siyasi məhbuslara qarşı aqressiv münasibəti yumşaldıb, hakimiyyətə mövqelərimiz məsafədən bəyanat şəklində deyil, birbaşa təmasda, polemika şəklində çatdırılır. Təbii ki,  bu nəticələr bizim və cəmiyyətin istəklərindən çox azdır, amma artacağına ümid var, proses davam edir. Və  biz nəticələrdən narazı olduğumuz vaxt bir suala cavab axtarmalıyıq:  bu prosesin alternativi nədir? Siyasi aktiv kəsimin həbsi, ”Məhsul"  stadionunda  min nəfərlik   aksiya?  Bu düşünülməmiş siyasət elə bir şərait yaratdı ki,  demək olar ki, bütün aktiv kəsim həbs olundu, ya didərgin vəziyyətindədir.  Artıq həbs olunası elə bir aktiv də qalmadı. Bu aksiyaların hansısa nəticə verəcəyinə kimdəsə inam qalıbmı? Bu barışmamazlıq, qarşılıqlı inkar, nifrət bu ölkəni istənilən kənar təhdidə qarşı zəif vəziyyətə salır.  İstər ərəb ölkələrində, istərsə də Ukraynada bu barışmazlıqların hansı nəticələr verdiyi göz önündədir.  Və bütün bunlar birmənalı şəkildə söyləməyə əsas verir ki, başlanan bu proses milləti düşünən hər bir kəsə lazımdır".

Ə.Oruc qeyd edib ki, 1993-cü ildə milli hökuməti süquta uğradanlar, 22 ildə müxalifəti günbəgün zəif salanlar, öz konyuktur maraqları naminə yüz minlik xalq hərəkatını bir ovuc səviyyəsinə qədər azaldanlar, milli platformanın bu qədər zəif bir duruma düşməsinin cavabdehləri hesab edirlər ki, müxalifət və millət adına yenə də yalnız onlar danışa bilər: “Nədən? Cənablar, bəlkə 22 ildən sonra bu millətin həqiqi nümayəndələrinə də, ”Con" və  “Vasya” qarşısında heç bir öhdəliyi olmayanlara da öz  aqibətlərini özlərinin müəyyən eləməsi üçün bir şans tanıyasız? Yoxsa bu milləti uğursuzluqdan uğursuzluğa aparmaq üçün andmı içmisiniz, yoxsa kiminsə qabağında öhdəlikləriniz var? Yoxsa kimlərsə bu məsələyə sizi vadar edir. Bugünlərdə müxalifətin əbədi liderlərindən biri sosial şəbəkədə tam ciddi görkəm alaraq “gerçək dialoq yalnız mənimlə ola bilər” məzmunlu bir status paylaşmışdı. Belə görünür bu qozbelləri heç qəbir də düzəltməyəcək. 

Milli Şuranın cahanşümul liderlərindən biri “bizim bu cür dialoqlara itiriləsi vaxtımız yoxdur” kimi çox “ciddi” bəyanat verib. Əvvəla, görəsən, bu lider hansı daha ciddi işlərlə məşğuldur.  Onların bu gün əsas işi Moskvanın bu dəfə də “Milyarderlər ittifaqı” və onun Bakı filialına hansısa sifariş veriləcəyini gözləməkdir"./Musavat.com/

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti