Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Teleqraf.az-ın xəbərinə görə, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul  edilmişdi.

Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilib, bələdiyyə seçkiləri ilə bağlı edilən şikayətlərin nəticələri ilə bağlı məlumatlar dinlənilib, KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası istiqamətində müzakirələr davam etdirilib, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə edilmişdir.

Seçkilərdəki kütləvi qanun pozuntuları və total saxtakarlıqla, xüsusilə KXCP-dən olan bələdiyyə namizədlərin şikayətlərinin nəticələri ilə  bağlı məlumatlar dinlənilmişdir. Məlum olmuşdir ki, gözlənildiyi kimi, dairə seçki komissiyaları və Mərkəzi Seçki Komissiyası heç bir şikayəti obyektiv araşdırmamış, əksinə qanun pozuntularını ört-basdır edərək baş verən kütləvi qanun pozuntularına və total saxtakarlıqlara, əvvəlki seçkilərdəki kimi, “qanuni” don geyindirmişdir. Yığıncaqda bələdiyyə seçkilərinin son mərhələsi (şikayətlərə baxılması) ilə bağlı bəyanat qəbul edilmişdir.     

Yığıncaqda KXCP-nin növbəti qurultayına hazırlıqla bağlı KXCP Təşkilat şöbəsinin məlumatı müzakirə edilmişdir.

Yığıncaqda partiyanın rayon (şəhər) şöbələrinin 2015-ci il parlament seçkilərinə hazırlıqları ilə bağlı dəyərləndirmə aparılmışdır.

Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış etmişdir. M.Mirəlioğlu Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan bir qrup siyasi partiya rəhbərinin 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı Demokratik Qüvvələr Birliyi ilə fikir mübadiləsi aparılması ilə bağlı yığıncaq iştirakçılarını bilgiləndirmiş və başqa siyasi birliklər və partiyalarla bu cür görüşlərin keçiriləcəyi haqqında məlumat vermişdir.

Yığıncaqda 14 saylı cəzaçəkmə müəssisəsində bir dustağın öldürülməsi və həbsxanaya əlavə yeridilmiş güc strukturları vasitəsilə dustaqların kütləvi surətdə cəzalandırılması ilə bağlı narahatlıqlar bildirilmiş və bəyanat qəbul edilmişdir.   

Yığıncaqda dövlət rəhbərlərinin dünya bazarında neftin ucuzlaşmasının Azərbaycana heç bir təsiri olmayacağını desələrdə, artıq bir çox sahələrdə bahalaşmanının hiss olunduğu, hətta, əhalinin bank depozitlərinə və yaşayış sahələrinə vergilər tətbiq olunmasını sosial durumun pisləşəcəyinin əlaməti kimi qiymətləndirilmiş və bununla bağlı bəyanat qəbul edilmişdir.

20 yanvar- Ümumxalq hüzn günü ilə bağlı fikir mübadiləsi aparılmış və KXCP üzvlərinin yanvar ayının 20-də saat 12.00-da Şəhidlər Xiyabanını ziyarət etmələri qərarlaşdırılmışdır. 

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti