Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.

KXCP-nin Mətbuar xidmətindən Teleqraf.az-a verilən xəbərə görə, iclasda qərarların icra vəziyyəti dəyərləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul  edilmişdi.

Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirmiş, bələdiyyə seçkiləri, vətəndaş cəmiyyətinin vəziyyəti və cari məsələlər müzakirə edilmişdir.

Yığıncaqda bələdiyyə seçkiləri ilə bağlı məlumatlar dinlənilmişdir. Quba, Qaradağ, Gədəbəy, Mingəçevir, Sumqayıt və digər yerlərdə KXCP üzvlərinin və digər vətəndaşlara qarşı seçkilərlə bağlı yaradılan əngəllər, seçkidə iştirak etmək istəyənlərə müxtəlif təzyiqlərin göstərilməsi halları haqqında məlumatlar dinlənilmişdir. Namizədlik üçün müraciət edənlərə, onların ailə üzvlərinə, birbaşa seçki komissiyaları, icra hakimiyyətləri, polis və digər dövlət orqanları tərəfindən təzyiqlər edilir, qorxudulur və müxtəlif vasitələrlə naqmizədliklərini geri götürmələri, heç olmazsa seçki sənədlərində partiyalıqlarını göstərməmələri kimi müxtəlif qeyri-qanuni tələblər edilir.

 DSK-lar  hakimiyyətin nəzarətindən kənar namizədliyini vermək istəyən vətəndaşları birbaşa icra hakimiyyətinə yönəldərək “onlardan icazə almağın” vacibliyini göstərirlər. Polis idarələri və dövlətin digər orqanları bələdiyyə seçkilərində iştirak etmək istəyənləri nəzarətə götürür, izləyir, mənzillərinə gedir və müxtəlif üsullarla təzyiqlər göstərirlər. Baş verənlər göstərir ki, hakimiyyət “demokratik seçki” görsəntisi yaradaraq Azərbaycan cəmiyyətini və beynəlxalq aləmi aldatmaq məqsədi güdür.

KXCP rayon (şəhər) şöbələrinə seçkidə baş verən bütün qanun pozuntularının, seçkidə iştirak etmək istəyənlərə edilən təzyiqlər, əngəllərlə bağlı faktların toplanaraq SM-nə uyğun seçki komissiyalarına, əlaqədar orqanlara müraciət edilməsini tövsiyə etmişdir. KXCP rayon (şəhər) şöbələrinə namizədlər qeydə alınması  ilə bağlı son mərhələdəki məlumatların tezliklə partiyanın Mərkəzi Seçki Qərargahına çatdırılması və seçkilərin digər mərhələləri üzrə hazırlıq işlərinin dahada intensivləşdirilməsi tövsiyə olunmuşdur.

KXCP vətəndaş cəmiyyətinə qarşı aparılan repressiyalara son qoyulmadığını, əksinə, daha da, artırdığını, hakmiyyət orqanlarının bu sahədə nəinki hüquqi, hətta mili-mənəvi dəyərləri gözləmədiyindən narahatlığını bildirir.

KXCP sədrinin müavini Oqtay Gülalıyevin azyaşlı övladlarının Bakı şəhər Polis İdarəsinə çağırılması və uşaqların təhsil aldığı məktəbdə xüsusi yoxlamalar keçirilməsindən   narahatlığını bildirən KXCP bəyanat qəbul etmişdir.

Aylarla həbsdə saxlanılan jurnalist Rauf Mirqədirov və digər vicdan məhbusları haqqında həbs qəti imkan tədbirlərinin uzadılması faktını hakimiyyətin müxtəlif fikirliliyə, müxalif dünya görüşə, ifadə azadlığına, hüquq müdafiəçilərinə qarşı apardığı repressiya kimi qiymətləndirir və bunlara son qoymağı tələb edir.

KXCP İdarə Heyəti Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq tədbirdə İntiqam Əliyev və digər vicdan məhbuslarla bağlı posterlərin hakimiyyət yönümlü qeyri-hökumət təşkilatı rəhbəri tərəfindən cırılmasını pisləyir və bu hadisənin heçdə Azərbaycan başucalığı gətirmədiyini qeyd edir. 

 

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti