Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Əlgüşad Gülalıyevlə bağlı Xətai rayon məhkəməsinin qanunsuz və ədalətsiz qərarına etiraz edir.

Birbaşa vəzifəsi vətəndaşların təhlükəsizliyini təmin etmək, insan haqlarını qorumaq,  ədaləti bərpa etmək olan məhkəmə və hüquq mühavizə orqanlarının vəzifələrini necə mütəşəkkil şəkildə “icra” etdiklərinin acı bir nümunəsinidə bu günlərdə yaşadıq. Ötən il prezident seçkilərini total saxtalaşdıraraq hakimiyyəti növbəti dəfə qanunsuzluqla zəbt etmiş Əliyev rejimindən nə gözləmək olar? Siyasi müxalifəti sıradan çıxarmaq, vətəndaş cəmiyyətini məhv etmək, mediyanı  ələbaxım vəziyyətə salmaq üçün artıq hər bir azad söz sahibinin ailə üzvləri, az yaşlı uşaqları represiya maşınının hədəfinə çevrilir.

2013- cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə keçmiş namizəd Cəmil Həsənlinin və Milli Şuranın Mətbuat katibi, Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müavini, hüquq müdafiəçisi Oqtay Gülalıyevin az yaşlı övladı Əlgüşad Gülalıyev naməlum adamlar tərəfindən döyülərək bıçaqlanmışdır. Hadisədən bir ildən çox vaxt keçməsinə baxmayaraq cinayətkarları tapmaq əvəzinə zərərçəkən Ə.Gülalıyev özü təqsirləndirilən şəxs qismində məhkəmə önünə çıxarılır. Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə haqqında cinayət işi açılan Ə.Gülalıyev Xətai rayon məhkəməsi tərəfindən 6 ay müddətinə islah işlərinə cəlb olunması, hər ay 15% əmək haqqından tutulması və haqqında olan qəti- imkan tədbirinin qüvvədə saxlanmaqla cəzalandırılıb. Baxmayaraq ki, məhkəmədə ifadə verən bütün şahidlər belə bir olayın baş vermədiyini, Əlgüşadın kiminləsə dalaşdığını görmədiklərini, istintaqa ifadənin polisin təzyiqi altında, az yaşlı olmalarına baxmayaraq valideynlərinin iştirakı olmadan verdiklərini demişlər. Eyni zamanda cinayət işinə əlavə edilmiş  video diskdə ümumiyyətlə Əlinin kiminləsə dalaşması və kimisə vurmasına dair hər hansı görüntünün olmadığı, ən nəhayət məhkəmə proseslərində iştirak etməyən şikayətçinin sonda öz şikayətindən imtina etməsinə baxmayaraq məhkəmə siyasi sifarişlə, heç bir fakta əsaslanmadan qanuna zidd,  və ədalətsiz qərar çıxarmışdır.

KXCP Əlgüşad Gülalıyevlə bağlı Xətai rayon məhkəməsinin çıxardığı qərarı qanuna zidd, ədalətsiz  və siyasi sifarişlə çıxarılmış qərar hesab edir. Bu qərarı onun atası Oqtay Gülalıyevin ictimai siyasi fəaliyyəti ilə bir başa bağlı olduğunu bildirir. KXCP Xətai rayon məhkəməsinin Əlgüşad Gülalıyev haqqında çıxardığı qanunsuz hökmü pisləyir, yuxarı məhkəmə instansiyalarının həmin qərarı ləğv etməyə çağırır. KXCP eyni zamanda bəyan edir ki, Kür daşqınları ilə bağlı hüquq müdafiə fəaliyyətinə görə 08 aprel 2012- ci ildə həbs olunmuş Oqtay Gülalıyev haqqında açılmış qondarma cinayət işinə qanunvericiliyə zidd olaraq bu günə qədər xitam verilməyib. Onun haqqında olan cinayət təqibi, polis nəzarətinə verilmə barədə qəti imkan tədbiri qüvvədədir, ölkədən çıxışı yasaqdır.

KXCP yuxarı məhkəmə orqanlarının Xətai rayon məhkəməsinin Ə.Gülalıyev haqqındakı qanunsuz və ədalətsdiz qərarını ləğv etməyə çağırır, hakimiyyətin öz oppenentlərinə, vətəndaş cəmiyyəti fəalarına və onların ailə üzvlərinə qarşı sərgilədiyi qanunlara və milli dəyərlərə zidd münasibətin yol verilməz olduğunu bəyan edir.  KXCP hakimiyyət tərəfindən vətəndaşlara qarşı sərgilənən belə münasibətlərin durdurulmasını, qanunsuzluqlara son verilməsini, ictimai- siyasi fəalların fəaliyyətinə normal şərait yaradılmasını tələb edir.

 

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti