Britaniya parlamenti İsraillə yanaşı Fələstin dövlətinin də tanınmasını dəstəkləyən qətnaməyə 274 leyhinə, 12 əleyhinə nisbətində səs verib. 

T
eleqraf.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, parlamentin qəbul etdiyi qətnamədə deyilir ki, bu sənəd iki dövlət prinsipi əsasında aparılacaq danışıqlara töhfə verməlidir. Mətbuat yazır ki, səsvermə müəyyən mənadə rəmzi olsa da, qətnamənin uzaqgedən beynəlxalq nəticələri ola bilər.

Hökumətə daxil nazirlər səsverməyə qatılmayıblar, lakin xarici işlər nazirinin Yaxın Şərq üzrə müavini Tobias Ellwood deyib ki, Britaniya “sülh prosesinə müvafiq olacaq məqamda” Fəsləstin dövlətini tanımaq hüququnu özündə saxlayır. 2012-ci ildə BMT-nin Baş Assambleyası Fələstinin statusunu “qeyri-üzv müşahidəçi dövlət” dərəcəsinə qaldırıb.

Assambleyada belə bir qətnaməyə 138 leyhinə, 41 əleyhinə nisbətində səs verilərəkən Britaniya bitərəf qalmışdı.

Fələstinin dövlət müstəqilliyinin tanınması təşəbbüsünü parlamentdə müzakirə üçün leyborist millət vəkili Grahame Morris qaldırmış, təşəbbüsün mətninə keçmiş xarici işlər naziri Jack Straw düzəliş etmişdi. Cənab Morris deyib ki, millət vəkillərinin Fələstin dövlətini dəstəkləməsi dalana düşmüş İsrail-Fələstin danışıqlarında sülhə doğru “mühüm simvolik” addımdır.
Bu məsələdə Britaniya hökumətinin hazırkı rəsmi mövqeyi belədir ki, London bunun “sülh prosesinə xidmət edəcəyini düşündüyü istənilən məqamda” Fələstin dövlətini ikitərəfli qaydada tanıya bilər. Təşəbbüsün mətnində deyilir ki, “Parlament hökuməti münaqişənin iki dövlət prinsipi əsasında həllinə töhfə kimi İsrail dövləti ilə yanaşı Fələstin dövlətinin də tanınmasına çağırır”.

Britaniyanın keçmiş xarici işlər nazirlərindən mühafizəkar millət vəkili lord Malcolm Rifkind də münaqişənin ikidövlətli həllinə tərəfdar olduğunu bildirib, lakin əlavə edib ki, “hər bir simvolizmin məqsədi və rolu olmalıdır”, amma bu halda söhbət öz beynəlxalq funksiyalarını yerinə yetirməsi üçün lazımi atributlara malik olmayan ərazidən gedir və bu mənada “təşəbbüs vaxtından əvvəl” qaldırılıb.
Xəbər verilir ki, Britaniya parlamentindəki səsvermə Avropanın başqa yerlərində və bütün dünya boyunca 100 ölkədə Fələstin dövlətçiliyinin rəsmən tanındığı bir zamana təsadüf edir. İsrail bildirir ki, Fələstinin tanınması vaxtından əvvəl atılmış addımdır və iki tərəf arasındakı danışıqlar prosesinə əngəl törədir. Fələstin rəsmiləri isə bildirirlər ki, onlar məhz elə danışıqlar prosesinin iflasına görə dövlətçiliklərinin tanınması istiqamətində iş aparırlar.

Müxalif Leyborist Partiyası iki dəfə, 2011 və 2012-ci illərdə hökuməti Fələstin dövlətini rəsmi qaydada tanımağa çağırıb. Britaniya parlamentində qəbul olunmuş bu qətnamə hökumətin real hərəkət etməsi üçün icbari sayılmasa da, ölkə qəzetləri səsverməni “tarixi” adlandırıblar.
Qəzetlər diqqəti belə bir məqama çəkirlər ki, Leyborist Partiyası öz üzvü olan millət vəkillərinə Fələstin dövlətçiliyinin leyhinə səs verməyi partiya intizamı qaydasında tapşırıb. Bu isə o deməkdir ki, hazırda müxalifətdə olan leyboristlərin hakimiyyətə gələcəkləri təqdirdə London Fələstini rəsmən tanıya bilər.

Mətbuat yazır ki, hətta Mühafizəkarlar Partiyasının əvvəllər İsrailə qızğın dəstək verən millət vəkilləri də qətnamənin səsə qoyulmasına maneçilik törətməyiblər. Parlametin nüfuzlu Xarici İşlər Komitəsinin sədri Richard Ottaway deyib ki, o İsrailin son vaxtlardakı davranışına görə innən belə fələstinliləri dövlətçilikdən məhrum edən mövqeyi dəstəkləməkdə davam edə bilməz. O deyib ki, hətta Mühafizəkarlar Partiyasına üzv olmadığı vaxtlarda da İsrailin dostu olub, lakin indi İsrailin beynəlxalq ictimai rəydən kənar düşdüyünü görür.

Richard Ottaway  deyib ki, xüsusən də İsrailin Qərb sahilindəki son torpaq qəsbkarlığından qəzəblidir və bu qəzəbə görə də qətnamənin leyhinə səs verib. “Mən İsrail hökumətinə demək istərdim ki, əgər onlar mənim kimi adamları itirirlərsə, gələcəkdə çox sayda dost itirəcəklər” – deyib siyasətçi.

Təşəbbüsün müəllifi Morris deyib ki, Britaniya həm İsrail, həm də Fələstin xalqı qarşısında tarixi və mənəvi məsuliyyət daşıyır. “1920-ci ildə biz Fələstini dövlətçiliyə və müstəqilliyə yetişdirmək üçün müqəddəs etimad sahibi olmuşuq. Bu, bir əsr əvvəl olub və Fələstin xalqı hələ də haqlarının tanınmasını gözləyir” – deyib Morris. Millət vəkili bildirib ki, “biz bu müqəddəs etimada çox uzun müddətdə laqeyd qalmışıq, lakin indi həmin laqeydliyin əvəzini vermək üçün tarixi fürsət əldə etmişik”. 

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti