Tural Abbaslı: “Mən özümü başqanlığa hazır görürdümsə, deməli, partiyada digər ciddi postlara da hazır bilirəm."

Bu gün Müsavat Partiyası Məclisinin iclası keçiriləcək. Toplantıda qurultaydakı seçkilərdə boş qalmış Məclis üzvü yerinə, həmçinin Mərkəzi Nəzarət Təftiş Komissiyasında boş olan 7 yerə seçkilər keçiriləcək. Artıq dünəndən namizədlərin irəli sürülmə müddəti başa çatıb.

Hazırda müsavatçılar arasında əsas müzakirə edilən məsələlər sırasında Məclis sədrinin və partiyanın  Mərkəzi İcra Aparatı rəhbərinin kimlər olacağı yer tutur. Qeyd edək ki, nizamnamənin tələbinə görə Məclis sədri partiyada başqandan sonra ikinci postdur. Məclis sədri Məclis üzvləri sırasından gizli səsvermə ilə seçilir. Mərkəzi İcra Aparatının rəhbərini isə partiyanın başqanı təyin edir. Bu post Müsavatda faktiki olaraq generator rolunu oynayır. Partiyanın strukturları, rayon şöbələri ilə birbaşa olaraq Mərkəzi İcra Aparatının rəhbəri işləyir. Qurultaya qədər həmin vəzifədə Arif Hacılı təmsil olunurdu. 

Məclis sədri və Mərkəzi İcra Aparatının rəhbəri vəzifələri partiyada mühüm postlar olduğundan orada təmsilçilik əldə etmək istəyənlər az deyil. Əldə etdiyimiz məlumatlara görə, Müsavat Məclisinin sədrliyinə tanınmış müsavatçı, vəkil Osman Kazımov, başqanın sabiq müavini Gülağa Aslanlı, Məclis üzvü Nüşabə Sadıqlı, başqanlığa sabiq namizəd Tural Abbaslı iddialıdırlar. Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsinə yeni başqanın kimi təyin edəcəyi barədə isə ehtimallar irəli sürülür. Bildirilir ki, Gülağa Aslanlının Məclis sədri olmayacağı halda bu posta təyin edilmək şansı yüksək şəxsdir. Müsavat Məclisinin üzvü Elman Fəttahın və Tural Abbaslının da Mərkəzi İcra Aparatının rəhbəri təyin olunmaq şanslarının da olduğu deyilir. Mənbənin sözlərinə görə, baxmayaraq ki, Tural Abbaslı başqan seçkilərində Arif Hacılının rəqiblərindən biri olub, yeni başqanın jest olaraq Abbaslını sözügedən vəzifəyə təyin etməsi istisna deyil. 

Bu barədə fikirlərini öyrəndiyimiz Tural Abbaslı hələ ona partiyada hər hansı vəzifə təklif olunmadığını dedi: “Hələ partiyanın İcra Aparatı tam şəkildə formalaşmayıb. Düzdür, Arif bəyin qərarı ilə köhnə İcra Aparatı işçiləri işlərini davam etdirirlər. Amma hələlik yeni təyinatlar olmayıb. İcra Aparatının rəhbərinin kim təyin olunması birbaşa başqanın səlahiyyətindədir. Başqan kimi məsləhət biləcəksə, onu da təyin edəcək. Mən Arif bəyin seçiminə, təyinatına müdaxilə eləmək fikrində deyiləm. Kimi istəsə təyin edə və onunla işləyə bilər. Bu, onun hüququdur. Əsas odur ki, İcra Aparatının rəhbəri Müsavat Partiyasının ümumi işinə xeyir verən və partiya işini ciddi bilən adam olsun. Aparat rəhbəri birbaşa təşkilati, icra məsələlərinə rəhbərlik edəcək. Ona görə də həmin şəxsin praktik təcrübəsi olmalıdır, Müsavatın içini tanımalıdır, rayon təşkilatlarını yaxından tanımalıdır, Müsavatın strukturlarına birbaşa bələd olmalıdır, seçkilərdə yaxından iştirak eləmiş adam olmalıdır. Təkcə nəzəri təcrübə yetərli deyil”.

“Özünüzü həmin meyarlara cavab verən şəxs hesab edirsinizmi” sualına T.Abbaslı belə cavab verdi: “Mən özümü başqanlığa hazır görürdümsə, deməli, partiyada digər ciddi postlara da hazır bilirəm. Mənə İcra Aparatının rəhbəri vəzifəsi təklif olunmayıb. Olunacağı təqdirdə, düşünərik. Hələ olmayan hal haqda dəqiq fikir söyləyə bilmərəm”. 

T.Abbaslı bildirdi ki, Məclis sədrini Məclisin üzvləri seçdiyi üçün burada yarışdan daha çox konsensus lazımdır: “Məclisin idarə olunması daha birləşdiricilik və ortaq ümumi cəhət tələb edir, nəinki digər postlar. Məclisin sədri seçilmək üçün ümumi sayın 50+1 faizinin səsini almaq lazımdır. Məclisin bugünkü tərkibi isə onu deməyə əsasa verir ki, üçüncü bir tərəfin təkbaşına Məclis sədrliyinə namizədliyini verib onu seçdirmək imkanı yoxdur. Ona görə mən dedim ki, bu məsələ daha çox konsensusdan asılıdır. Konsensus olacaqsa mən də Məclis sədrliyinə namizədliyimi irəli sürə bilərəm. Çünki Müsavat Məclisinin üzvü olmaq həm böyük məsuliyyət, həm də şərəfdir”.

musavat.com

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti