Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan haqları komitəsinin 1 oktyabr iclasında Lüksemburqdan olan deputat Yves Kruxtenin qeyri-hökumət təşkilatlarının fəaliyyətləri ilə bağlı məruzəsi müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov iclasda çıxış edərək deyib: “Məruzədə bəzi ölkələrdə QHT-lərin qeydiyyata alınması prosesinin uzun çəkməsi, bununla əlaqədar müəyyən süni çətinliklərin yaradılmasından bəhs edilir. Təəssüf ki, məruzənin ilkin mətnində bu sıraya Azərbaycanın da adı daxil edilib. Əgər siz Azərbaycandakı QHT-lərin sayını Cənubi Qafqazda bizim qonşularımız olan Gürcüstan və Ermənistanla müqayisə etsəniz, özünüz nəticə çıxara bilərsiniz. Azərbaycanda belə təşkilatların sayı adları çəkilən iki ölkədə birlikdə olan QHT-lərin sayından xeyli çoxdur.
Lakin QHT şəbəkəsi ilə bağlı bir neçə məqam var ki, onlar barədə ciddi düşünməyə ehtiyac duyulur. Təəssüf ki, müşahidələrə əsasən, bir sıra hallarda QHT-ləri, onların ayrı-ayrı təmsilçilərini müəyyən siyasi dairələr və xarici xüsusi xidmət orqanları bilavasitə məşğul olduqları işlərdən ayıraraq məxfi kəşfiyyat fəaliyyətinə cəlb edirlər, həm Azərbaycanda, həm də bir sıra digər Avropa ölkələrində. Qısa müddətdə həmin şəxslərin demokrat obrazını da formalaşdırırlar ki, konkret ölkələrdə onlara qarşı qanun çərçivəsində tədbirlər görüləndə bunu demokratiya əleyhinə hərəkətlər kimi qələmə versinlər. Məxfi məqsədlərini gerçəkləşdirmək üçün xarici donorlar müxtəlif layihələri maliyyələşdirmək adı ilə həmin təşkilatlara külli miqdarda vəsaitlər də ayırırlar. Belələri ifşa olunanda, cinayət məsuliyyətinə cəlb ediləndə isə onlara havadarlıq edənlər hay-küy salmağa, guya ölkədə demokratlar, QHT-lər təqib edilirlər kompaniyasına rəvac verirlər.

Azərbaycan hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu fəaliyyətlərə başlayarkən ölkə sədrlik dövründəki prioritetləri, hansı istiqamətlərə daha çox diqqət ayıracağını elan etmişdi. Korrupsiyaya qarşı mübarizə belə istiqamətlərin ən birincilərindəndir. Həmin kontekstdə Azərbaycanda genişmiqyaslı iş aparılmaqda və bəhrələrini də verməkdədir. Təəssüf ki, bu səmtdə araşdırmalar zamanı Azərbaycandakı bir sıra qeyri-hökumət təşkilatlarının da ciddi korrupsiya əməllərinə qurşandığı, xarici donorlardan alınmış böyük həcmdə vəsaitlərin qeyri-qanuni istifadəsi halları müəyyənləşdirilib, belə qanunsuz əməllərlə məşğul olan böyük bir şəbəkənin varlığı ortaya çıxıb. Faktlar, sübutlar, inkarolunmaz dəlillər Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən toplanıb, bu barədə AŞPA prezidenti Ann Brassörün sentyabr ayında Bakıya səfəri zamanı ona da məlumat verilib. Güman ki, istintaq prosesləri sona çatdıqdan sonra həmin məlumatlar geniş ictimaiyyət üçün də açıqlanacaq. Azərbaycan kənardan vəsaitlərin alınmasında tam şəffaflığın tərəfdarıdır. Lakin bəzi QHT-ləri şübhəli məqsədlərlə maliyyələşdirən qüvvələr belə şəffaflığın əleyhinədir. Məntiq haradadır?

QHT-lərlə bağlı qanunvericilikdə və onlarla əlaqədar istənilən digər məsələdə isə Azərbaycan müzakirələrə açıqlığını hər zaman bəyan edib. İnanıram ki, bu kimi həssas məsələlərlə əlaqədar məruzələri hazırlayarkən mətnə daxil edilən hər maddə dəqiqləşdirilməli, ölkələrə qarşı iddialar, tənqidi baxışlar faktların nə dərəcədə düzgün olması baxımından obyektivliklə ölçülüb-biçilməlidir”.
AzərTAc-ın məlumatına görə, komitə iclasında qərara alınıb ki, məruzədə adları çəkilən ölkələrdə QHT-lərlə bağlı əks olunanların dəqiqləşdirilməsi, mübahisəli məqamların aydınlaşdırılması ilə əlaqədar müvafiq rəsmi dairələrə müraciətlər edilsin.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti