İŞİD-ə qarşı koalisiyanın başında duran və Ankaranın dəstəyini istəyən ABŞ Türkiyənin 6 həssas sualına cavab verə bilmir. Kritik mövzuların başında 49 türk girov var.

 Türkiyənin yaradılan koalisiyaya qarşı həssaslığı qalmaqdadır. ABŞ Prezidenti Barak Obamanın İŞİD-ə qarşı açıqladığı strateji plan, Ciddədə keçirilən zirvə, ABŞ Müdafiə və Xarici İşlər nazirlərinin bir-birinin ardınca reallaşdırdığı Türkiyə səfəri, bəzi suallara hələ də cavab tapılmadığını göstərir. 

Türk girovlar

49 Türkiyə vətəndaşı üç aydır ki, İŞİD-in girovudur. Türkiyə koalisiyaya qoşulacağı təqdirdə vətəndaşlarının həyatının təhlükə altına düşəcəyini bildirir. ABŞ rəsmiləri isə bu barədə Ankaranı başa düşdüklərini, “Bu şərtlərlə hərbi dəstəyin çətin olduğunu” dilə gətirir.

Vətəndaşlar zərər görəcək

ABŞ indiyə kimi müxtəlif bölgələrdə İŞİD-ə qarşı avia-zərbələr reallaşdırıb. Digər tərəfdən əməliyyatların genişləndiriləcəyi təqdirdə yerli vətəndaşların zərər görəcəyi problemi ortaya çıxır. ABŞ indiyə kimi bu problemə aydınlıq gətirməyib.

Məzhəb qarşıdurması başlayarsa

Ən böyük narahatlıqlardan biri də bölgədə məzhəb qarşıdurmasının yaranmasıdır. İŞİD-in “din” silahı ilə bölgədə “Xilafət” qurması ABŞ-ın hücumlarından sonra qarşı cəbhədə yer alan digər məzhəblərin qarşıdurmaya girişməsinə, bölgənin “Qan çanağına” dönəcəyinə gətirib çıxara bilər.

Məzhəb qarşıdurması başlayarsa, qarşısının necə alınacağı sualı da digər suallar kimi cavabsız qalmaqdadır.

Qruplaşmalara verilən silahların aqibəti

ABŞ-ın əsas strateji planlarından biri də İŞİD-ə qarşı döyüşən radikal qruplaşmaların silahlandırılmasıdır. Ancaq bu qrupların necə idarə olunacağı və bir müddətdən sonra həmin silahların kimə tuşlanacağı qaranlıq qalır. Rəsmi Ankara qruplaşmalara göndəriləcək silah-sursatın digər terrorçu təşkilatlarının əlinə keçməsindən narahatdır. ABŞ-ın İraqda qoyub getdiyi silahların İŞİD-in əlinə keçdiyini xatırladan Ankara silahların yalnız İŞİD-ə qarşı istifadə ediləcəyi sualına isə cavab tapa bilmir.

Sərhədə axın başlarsa

Cavab axtarılan suallardan biri də müharibə başlayacağı təqdirdə milyonlarla qaçqın axının yaranma  ehtimalı, başda türkmanlar və yezidilər olmaqla qaçqınların Türkiyə sərhədinə axın edəcəyidir. 1,3 milyon suriyalıya sərhədini açan Türkiyə bənzər problemlə İraq sərhədində qarşılaşa bilər. Belə olan təqdirdə Türkiyənin atacağı addım da sual altındadır.

Əsədin aqibəti

Türkiyə vəziyyətin bu nöqtəyə gəlib çatmasının əsas günahkarı kimi Bəşər Əsədi görür. Amma ABŞ-ın strategiyasında Əsədlə bağlı bir söz belə yoxdur. Koalisiyanın Suriyaya girəcəyi təqdirdə Əsədə qarşı mübarizə aparılıb-aparılmayacağı və terrorçularla mübarizə bitdikdən sonra planın necə olacağı, ümumiyyətlə, Əsədin aqibəti Ankaranı düşünürən suallardandır.


Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti