Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının “Münaqişələrin qarşısının alınması” mövzusunda açıq iclasında çıxış edib. 

Münaqişələrin qarşısının alınması konsepsiyası ilə beynəlxalq mübahisələrin dinc yolla tənzimlənməsi prinsipi arasında sıx qarşılıqlı əlaqə olduğunu vurğulayan Azərbaycan səfiri qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir.

Y. Əliyev onu da xatırladıb ki, beynəlxalq hüquq nəinki münaqişənin qarşısının alınması və ya tənzimlənməsi üçün müəyyən nəticəyə nail olmağı, həm də və ilk növbədə, son nəticəyə nail olmazdan əvvəl konkret normalarla tam uzlaşan proses getməsini tələb edir. Bu baxımdan vurğulanıb ki, münaqişələrin nizamlanması üzrə müvafiq mexanizmlərdən hüquqa açıq-aydın zidd olan və baş vermiş fakta əsaslanan qərarların təsbit olunması vasitəsi kimi istifadə edilə bilməz. Bu cür qərarları zorla qəbul etdirmək və ya təşviq etmək cəhdləri isə uğursuzluğa məhkumdur və bu cəhdlər möhkəm sülh, uzunmüddətli sabitlik üçün zəruri əsas yaratmağa əsla kömək etməyəcək.

Y.Əliyev təcavüzkar separatizm probleminə hərtərəfli beynəlxalq yanaşmanın zəruriliyini də qeyd edib. Təhlükəsizlik Şurasının diqqəti onun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini, münaqişələrin gedişində törədilmiş cinayətlərə görə məsuliyyət və cəzasızlığa qarşı mübarizə kimi mühüm məsələlərə baxılarkən prinsipial mövqe tutmağın vacibliyinə yönəldilib.

Bundan sonra Ermənistanın daimi nümayəndəsi Zöhrab Mnatsakanyan çıxış edərək Azərbaycan tərəfin arqumentlərinə qarşı heç bir dəlil ilə təsdiqlənməyən standart ittihamlar irəli sürməyə cəhd göstərib. Ermənistan səfirinin çıxışı zamanı Təhlükəsizlik Şurasının üzvlərinin və iclasın digər iştirakçılarının heyrətləndiklərini görmək çətin deyildi.

Yaşar Əliyev cavab bəyanatı ilə çıxış edərək Ermənistan səfirinin beynəlxalq birliyi çaşdırmaq və öz dövlətinin ilhaqçı siyasətindən, Azərbaycan ərazisinin xeyli hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və etnik təmizləməyə məruz qalması faktından yayındırmaq üçün daha bir uğursuz cəhd göstərməsinə diqqəti cəlb edib.

Yaşar Əliyev çıxışının sonunda deyib: “Danışıqların gedişində Ermənistanın mövqeyinin qeyri-konstruktivliyi, onun mövcud status-kvo vəziyyətini saxlamaqda maraqlı olması, Madrid sülh planına riayət etməkdən boyun qaçırması, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən imtina etməsi, sərt etnik təmizləmə siyasəti, habelə bu yaxınlarda törətdiyi, sülh prosesinin pozulmasına yönəlmiş təhrikçi hərəkətləri – bütün bunlar beynəlxalq birlik tərəfindən Ermənistan barəsində ciddi sanksiyalar tətbiq edilməsi üçün ən mühüm əsasdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmaqda davam etməsi sülh prosesi üçün yenə də çox ciddi təhlükədir.

Bununla əlaqədar, ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Ermənistan bunu nə qədər tez etsə, regionda sülhü, sabitliyi və vəziyyətin proqnozlaşdırılan olmasını bir o qədər tez bərpa etmək mümkün olacaqdır”.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti