Tanınmış gürcü modelyer Ramazo Azərbaycanda cəbhə bölgəsində baş verənlərə münasibət bildirib.

 Teleqraf.az-ın məlumatına görə, modelyer 10 minlik İnstaqram səhifəsində ölkəmizə dəstək olub.

“Bu gün burda danışmaq çətindir, amma biz həqiqəti deməliyik. Yüz illərdir, erməni faşistləri Azərbaycana qarşı cinayət törədirlər. Bu cinayətin qarşısı alınmasaydı, yenə davam edəcəkdi. Azərbaycan şəhidləri bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqıdır. Hər zaman mən bir gürcu olaraq Azərbaycan xalqa dəstək olmağa hazıram.”
O, Ağ evin internet səhifəsində Ermənistanın Azərbaycan torpaqlarındakı işğalına son qoyulması ilə bağlı yaradılan petisiyanı paylaşıb. Ramazo hər kəsi bu petisiyaya qoşulmağa səsləyib.

Xəbər lenti