“Yeni gözəllik salonu açmışıq, bu yaxınlarda da restoran açacağıq”.

“Anamın çəkdiyi əziyyətləri görmüşəm, müğənni olmaram”.

Teleqraf.az xəbər verir ki, bu sözləri lent.az-a müğənni Rəqsanə İsmayılovanın qızı, modelyer Aysun İsmayılova müğənni olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib:

“Mahnı oxumuşam. Mahnını oxuyandan iki gün sonra zəng gəldi ki, xəbərin var 36 min baxış yığıb. Belə marağa səbəb olacağını gözləmirdim. Mən müğənni deyiləm. Heç olmaq da fikrim yoxdur. Heç vaxt müğənni olmaram. Aktrisa, foto-model ola bilərəm, amma müğənni əsla. Çünki anamın nə əziyyət çəkdiyinin şahidiyəm. Müğənni olmaq hər adamın işi deyil. Hətta prodüserimə demişəm ki, birdən elə olar ki, müğənni olmaq istəyərəm, amma buna icazə vermə. Hətta anam da qadağa edib. Deyir ki, daha mahnı oxumaq olmaz. Amma bir dənə mahnı var, onu da oxuyum, daha mahnı oxumayacam”.

A.İsmayılova gələcəkdə görəcəyi işlərindən də danışıb:

“Film təklifləri almışam. Özümü aktrisa kimi də sınayıram. Yeni gözəllik salonu açmışıq, bu yaxınlarda da restoran açacağıq. Bundan başqa özümün moda evimi açmaq istəyirəm. Daha doğrusu anam deyir ki, moda evini tez açaq, mən deyirəm ki, yox. Bunun üstündə anamla dalaşırıq. Çünki Türkiyədə işlərim çoxdur. Orda işlər görə-görə burda mağazanı idarə edə bilmərəm. Amma hər halda yenə də bilmək olmaz. Anamın sözündən çıxmıram, ona görə də ola bilsin ki, tezliklə moda evimi açaq".

O, daha sonra fotokamera önünə keçərək fotosessiya etdirib:

“Eyniliyi sevən insan deyiləm. Daim yenilik etmək lazımdır. Saçlarım qısa idi, indi də uzun saç qoydurdum. Yeni imicimdə daha da rahatam”.

Xəbər lenti