Oktyabrın 4-də “Arts Council Azerbaijan” dəstəyi ilə Art Villada Leyla Axundovanın “Amma heç kimə demə...” adlı fərdi sərgisi keçiriləcək.

Teleqraf.az-ın xəbərinə görə, sərgi BARS heyvanlara qaygi ictimai xeyriyyə birliyin təsisçisi, Central Saint Martins London İncəsənət Universitetinin 'Applied İmagination in the Creative İndustries' fakultəsində maqistr təhsili alan Leyla Axundovanın konseptual artist kimi debüt sərgisidir. Eyni zamanda layihə "Beautiful Minds" hərəkatının başlanğıcı hesab olunur.
Sənətə sevgi, cəmiyyətin sosial problemlərinə və eləcə də bütövlükdə bəşəriyyətin qlobal problemlərinə biganə qalmamaq həvəsi müəllifə konseptual sənəti yaxından öyrənməyə təkan verib. Bununla yanaşı kreativ və qeyri-ənənəvi düşüncəli, dünyanı daha gözəl bir yerə çevirməyi arzulayan insanları "Beautiful Minds" yaradıcı layihəsi ətrafında bir araya toplayıb . Leyla Axundovanın " Amma Heç Kimə Demə..." sərgisindəki əsərlər hamının bildiyi lakin susduğu məqamlar barədə düşündürür. 
Sərgidə təqdim olunacaq nümunələri qrafik dizayner, multi tasking artist, Origraphy brendinin yaradıcısı Orxan Məmməd hazırlayıb. Bilgi Universitettində Visual Communication Design faklütəsində təhsil alan Orxan "EBIKO Infomatrix Olympiads" müsabiqəsinin qalibidir. "World of ad-Asia" jurnalının veriyasına görə Orxan Mərkəzi Asiyanın tanınmış dizaynerlərindəndir.

Xəbər lenti