Rusiyanın Rossiya Kultura kanalında SSRİ Xalq artisti Arif Məlikovun Nazim Hikmətin liberettosuna bəstələmiş olduğu Məhəbbət əfsanəsi baletinin əsasında hazırlanmış Əfsanə adlı sənədli filmi nümayiş olunacaq.

Bu barədəTeleqraf.az-a filmin rejissoru Gülər Tokgöz məlumat verib. Filmin primyerası sentyabrın 10-da Bakı vaxtiylə saat 17.50-də təkrarı sentyabrın 13-də Bakı vaxtıylə 15.05-də yayınlanacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan filmdə Maya Plisetskaya, Yuriy Qrigoroviç, Valeriy Qerqiev, türkiyənin balet ustası Meriç Sümen, Türkan Şoray kimi dünyaca məşhur simalar həmçinin bəstəkar Arif Məlikov çəkilib. Çəkilişləri Bakı, Moskva və İstanbulda aparılan filmi Rusiyanın xalq artisti, Nikolay Tiskaridze təqdim edir.  

Xəbər lenti