Hələ yolum çox uzundur, qarşıda hər şey ola bilər”.

Gənc müğənni İlqarə Kazımova yenilikləri barədə Türkiyə mediasına açıqlama verib. O, qardaş ölkənin ən oxunaqlı saytlarından olan “Uçankuş”a Türkiyədə şou-biznesə qatılacağı barədə məlumat verib.

Oxu.Az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə İlqarə Kazımovanın İstanbulda olmasına səbəb klip çəkilişidir. O, Türkiyənin ən məşhur rejissorlarından biri ilə çalışacaq.

Diqqətçəkən məqam isə türk mediasının müğənni haqda eksklüziv xəbər verməsi olub. Məlum olub ki, İlqarə Türkiyədə layihə gerçəkləşdirmək haqda düşünür.Müğənni həmin sualı belə cavablandırıb.

“Hələ yolum çox uzundur, qarşıda hər şey ola bilər”.

Xəbərdə həmçinin İlqarə Kazımovanın ilk lirik mahnısı olan “Parçalanmış arzular”dan da söz açılıb.

Xəbər lenti