Flora Kərimovanın müğənni Röyayla bağlı qalmaqala münasibət bildirərkən İlhamə Quliyevanın adını çəkməsi yeni qalmaqalın əsasını qoya bilər. Belə ki. xalq artisti İlhamə Quliyeva Ölkə.Az-a açıqlamasında Flora Kərimovanın Röya barədə danışarkən onun adının hallandırılmasından hiddətləndiyini bildirib:

"Flora sən kimsən ki mənə sataşırsan? Yenə könlünə məhkəmə düşüb? Sən Azərbaycan qızlarını fahişə, kişiləri biqeyrət, oğraş adlandırırsan, nazirlərə, polis orqanlarının nümayəndələrinə sataşırsan. Sən özün vətən xainisən və dediklərin özündə cəmlənir. Röya ilə davan varsa, davanı onunla elə. Mən nə vaxt adam öldürmüşəm, adam döymüşəm, "vor zakon"luq eləmişəm? Harada görmüsən? Get, öz dərdini çək. Vətən xaini özünsən. Sən Azərbaycan qadının ləyaqətini qorusan, qadınlarımıza kişilərimizə belə deməzsən. Ayıb olsun sənə".

Qeyd edək ki, AzNews.az açıqlamasında xalq artisti Flora Kərimova müğənni Röyanın qalmaqallı video məsələsindən danışarkən xalq artisti İlhamə Quliyevanın da adını çəkmişdi:

“Röya qadındı, anadır, balası var. Ancaq bir az başını işlətsin. Qoymayın bu milləti alçaltsınlar. Ümid mətbuata qalıb. “Zopa”lıq edənlər hər birimizi ayrı-ayrılıqda alçaldır. İxtiyarım var, deyəm ki, sən mənim millətimin ləyaqətini niyə tapdaladırsan? Gəlin kömək edək, bu ölkəni “vor zakon”ların əlindən xilas edək. Hamımızı tapdalayırlar. Kişilərimiz olur oğraş, biqeyrət, övladlarımız olur fahişə… Dubay qızı azdır? Məndən başqa danışan yoxdur. Ona görə, bu sözümü yadınızda saxlayın: İlhamə Quliyevanı susdurmayana kimi Röya kimilər göbələk kimi çırtlayacaq”.

Xəbər lenti