Azərbaycanın ən reytinqli "Maşın" realiti-şousu nəhayət başa çatdı.  

ANS-in məlumatına görə, əməkdar artist Murad Dadaşovun layihə rəhbəri və aparıcısı olduğu "Maşın" realiti-şousunda artıq qalib müəyyənləşib.   Finala qalan müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı barədə məlumat verən Murad Dadaşov qalibin adını açıqlayıb:   "Bu gün səhər iştirakçılardan birini "itirdik". Bu "Maşın" çox rekordlar vurdu və maraqlı anlar yaşadıq. Artıq "Maşın" bitdi. 3 finalçı səhərə qədər burada idi. 47 saat maşın ətrafında qaldılar. Bunun özü də bir rekorddur".   "Maşın"ın qalibi isə Xatirə İslam olub. Meyxanaçı Rəşad Dağlı həkim məsləhəti ilə böyrəklərindəki problemə görə yarışı tərk etmişdi.   Qeyd edək ki, müğənni Samir Cavadzadənin çouda səhhəti pisləşərək xəstəxanaya düşüb. Xatırladaq ki, yarışma mayın 9-da 18 iştirakçı ilə başlamışdı. 

Xəbər lenti