Türkiyədə fəaliyyət göstərən həmyerlimiz Günay Musayevanın baş rolda çəkildiyi  Kod adı K.O.Z. filminin fevralın 11-də təqdimatı keçiriləcək.

Teleqraf.az-ın xəbərinə görə, Parantez Yapım və Uğur Yalçınkayanın birgə ərsəyə gətirdiyi ekran əsərində  Günay Musayeva Türkiyə Xüsusi Xidmət Organının (MİT) agenti olan Zeynep obrazını canlandırıb.  Dövlət içində dövlət qurmaq istəyənlərin və aralarında dövlət adamlarının da olduğu paralel hakimiyyət qurmaq istəklərindən bəhs edən filmdə Günay maraqlı obrazda çıxış  edib. O, paralel hakimiyyət əməliyyatına cəlb olunmuş sevgilisindən ayrılır. Azərbaycandakı dostlarının həyatını qurtarmaq üçün hətta keçmiş nişanlısıyla silahlı qarşıdurmaya çıxan agent (Günay Musayeva) ona verilən öhtəlikləri yerinə yetirir. Film üçün xüsusi olaraq silahtutma, döyüş dərsləri alan Günay  Holivudun bu tərzdə çəkilmiş filmlərini izədiyini bildirib. Filmdə ilk işi olduğunu bildirən aktrisa daha öncə Rusiya və Türkiyədə də seriallarda rol alıb. Fevralın 13-dən Türkiyənin bütün kinoteatrlarında nümayiş olunacaq filmin Avropada da təqdimatı nəzərdə tutulur. Belə ki, fevralın 26-da Berlin, fevralın 27-də Vyana, fevralın 28-də Belçika, martın 1-də Amsterdam martın 12-də isə Bakıda gala gecələri keçiriləcək.

Xəbər lenti