Bu dəfə ki, müsahibim ilin ən yaxşı aparıcısı Şəbnəm Naiblidir .

-Şəbnəm xanım qısa zaman ərzində çox uğurlar qazandınız….

-Bəli 2014 mənimcün iş baxımından uğurlu il oldu. ilin sonunda ilin ən yaxşı şou aparıcı adına layiq görüldüm.Ümid edirəm 2015 də uğurlarım davamlı olar, çünki bu mənim əziyyətimin bəhrəsidir.

-Şəxsi həyatınız ailəniz haqqında nə deyə bilərsiniz?

-Anamla birgə yaşayıram subayam

-Hal hazırda həyatınızda sevdiyiniz kimsə yoxdur?

-Var mən ailəmi dostlarımı çox sevirəm…amma düşündüyünüz baxımdan həyatımda heç kim yoxdu.

-Bir münasibətdə əsasən nə vacibdir sizincün?

-Münasibətdə hislərin qarşılıqlı olmağı şərtdir. Çünki mənimcün bir münasibətdə hörmət güvən diqqət vacibdir Bunlar varsa sevgi də var Çünki mən qarşımdakı insana bu hisləri bəsləyirəm və qarşımdakından da bunu gözləyirəm. Qarşılıqlı olmadısa o, münasibəti davam etdirə bilmərəm . Özümü hamıdan çox istəyirəm . Fərqi yoxdur sevgili ya dostluq, rəfiqəlik, əgər münasibətdə diqqətsizlik soyuqluq görürəmsə uzaqlaşıram. Xəyanət gördüyüm anda sevgim bitir. Daha ikinci bir şansı ola bilməz. Sadiqliyi sözdə yox, hərəkətlərdə görməliyəm.əhatəmdə çox dostlar tanışlar ola bilər amma mənim öz balaca dünyam var və orada sadəcə mənim çox istədiyim inamımı, güvənimi qazanmış insanlar var.

-Səmimi xanımsınız, amma sizi eqoist insan kimi tanıyırlar çoxları belə düşünür.

-Mən də özüm haqqımda belə eşitmişəm amma ele deyil. Məni tanımayan insanlar hər zaman belə düşünüb amma məni tanıdıqdan sonra mənə daha çox hörmətlə yanaşıblar daha çox istəyiblər. Səbirsizəm və tez əsəbləşirəm. Əsəbləşəndə düşünmədən qarşmdakı insanın qəlbini qıra bilərəm.Düzünü deyim ki səmimi olmağa qorxuram cünki səmimiyyətim mənə çox vaxt ziyan gətirir.İnsanlara tez bağlnıram. Sevdiyim adamların təsiri altına asanlıqla düşürəm .Allahdan hər zaman haqqımda xeyirli olanı mənə nəsib etməsini istəmişəm

-Əsəbləşəndə ya da ürəyiniz dolanda nə edirsiz?

-Ağlayıram. Mən göz yaşımı göstərməyi sevmirəm.Heç vaxt insanlara zəifliyimi göstərmək istəməmişəm

-Buna görə çox vaxt tək qalmağa üstünlük verirəm.

-Yalanı və xəynəti bağışlayarsız?

-Bilirsiz mən insanları bağışladıqca onların dəyəri düşür gözümdən.Onlar get-gedə mənimcün yox olurlar.Cüzi yalanlara yol vermək olar , amma köklü yalan danışmaq olmaz.Qarşımdakı yalan danışdığımı hiss etməsədə mənə inansada , mən vicdanım qarşısında əzab çəkirəm .ona görədə çalışıram yalan danışmayım.Heç yalan danışmağı bacarmıramda. Gülürəm, barmaqlarımla oynayıram və hiss olunur…Amma mövzu xəyanət olduqda xəyanət bağışlanmazdır bağışlasan təkrarıda olacaq .Mən xəyanət etməyi özümə yaraşdırmaram.Bu zəiflikdir və mən zəif insan deyiləm.

-Səhv qərar qəbul edəndə peşimançılıq çəkirsiniz?

-Səhvlər edə-edə doğruları öyrənirəm amma həyatda heç vaxt peşiman olmamışam səhv edə bilərəm amma bu mənimçün dərs olur heç vaxt böyük səhvlər etməmişəm.

-Qərarlarınızı asan qəbul edirsiniz?

- Yox, çox çətin. ağlımla hislərimin arasında seçim etmək mənə çətin gəlir.

-Gününüzü necə keçirirsiz?

-Vaxtımın daha çox hissəsini işimə ayırıram işdən sonra dostlarımla iş yoldaşlarımla görüşürəm. Amma daha çox kitab oxumağı,gəzməyi, musiqi dinləməyə üstünlük verirəm boş vaxtlarımda.

-Və sonuncu sualım iş və şəxsi həyatınızda 2015 də nələri planlaşdırırsınız? Ailə qurmaq barəsində düşünürsünüzmü?

-Veilişin daha da baxımlı olması üçün layihənin dahada güclü olması ücün daha çox çalışacam.İnsanları yormaq lazım deyil.Fərqlilik lazımdır.Şəxsi həyata gəlincə isə gərək ki , kimsə olaki bu barədə düsünəm hələki güvənimi qazanacaq biri yoxdur.

Samir Aslan

Xəbər lenti