2014-cü ildə öz qalmaqalları ilə tez-tez gündəmə gələn Təranə Qumral və Musa Musayev cütlüyü yeni illə bağlı “Yeni Müsavat”ın əməkdaşına açıqlama veriblər. 

Musa Musayev bu barədə deyib: ”Bayram ilə əlaqədar təşkil edilən Yeni il tədbirlərində iştirak etməyəcəyik. Bir neçə proqram və şənliklərə dəvət alsaq da bayramı ailəlikcə öz evimizdə keçirməyə qərar verdiyimizdən tədbirlərdən imtina etmişik”.

“2014-cü il yaddaşınzada necə qaldı?” sualımıza Təranə Qumral belə cavab verdi: 

“Bu bu il ailəmiz üçün çox uğurlu oldu. Qızımızın toyu oldu, gözəl oğlan nəvəmiz dünyaya gəldi. Dünyanın bir çox ölkələrinə səyahət etdik”.

Xəbər lenti