Azərbaycan estradasının ulduzu, müğənni Röya Ayxan iki gün konsert verəcək.

Teleqraf.az Oxu.Az -a istinadən xəbər verir ki, ifaçı ilin bitməsinə az qalmış ölkənin əsas səhnəsində - Heydər Əliyev Sarayında “Sənə ehtiyacım var” adlı konsert proqramı ilə çıxış edəcək. Möhtəşəm şou iki gün - dekabr ayının 19-u və 20-si davam edəcək.

Xatırladırıq ki, R.Ayxan ilin əvvəlində sarayın səhnəsində “Mənəm” adlı anşlaqla keçən solo konsert təqdim etmişdi.

Konsertin təşkilatçısı “KEvents Group”, informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.

Biletlər məhduddur, əldə etməyə tələsin!

Xəbər lenti