Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva şou-biznesin hazırkı durumuna münasibət bildirib.

Teleqraf.az lent.az-a istinadəne bildirir ki, aktrisanın dediyinə görə, bəzi müğənnilər və aktrisalar Azərbaycan mədəniyyətini pis hala salır:

“Əvvəllər adi insanlar sənət adamlarına hörmətlə yanaşırdılar. Onları əl çatmaz sanırdılar. İndi tamaşaçılar küçədə və ya hər hansı bir yerdə aktyor-müğənni görən zaman elə baxır ki, baxmasa ondan yaxşıdır. Mənə elə gəlir ki, sənətimizi ucuzlaşdıran bəzi müğənnilər və aktyorlar oldu. Bəziləri maqazin proqramlarına maşınını, evini reklam edərək, hər şeyi cılızdaşdırdılar. Onlara baxan adi normal qızlarda sənətə gəlmək istəyirlər. Deyirlər ki, mən də gedim kişi ilə gəzim, maşınım olsun. Amma belə olmaz, onlar gənc nəslə pis örnəkdir”.

N.Allahverdiyeva daha sonra müğənni R.İsmayılovanın adını çəkmədən onun bostanına daş atıb:

“Bizim vaxtımızda da bir çox sənətçilərə dırnaq arası dəstək olan insanlar var idi. Amma çıxıb efirdə sevgililərini reklam etmirdilər. Amma indi biri o birinə deyir ki, sevgilimi sənlə tutdum. Nə bilim nə. İndi bir müğənni var, deyir ki, efirdə uşaq doğacam. Ayıbdır. Ayıb. Mən artıq onlardan danışanda əsəbiləşirəm”.

Qeyd edək ki, bir müddət öncə müğənni R.İsmayılova açıqlamasında bildirmişdi ki, 3-cü dəfə ana olacağı təqdirdə övladını canlı efirdə dünyaya gətirəcək: “Üçüncü dəfə hamilə qalsam, bəlkə uşağımı efirdə, hansısa verilişdə dünyaya gətirdim. Bu da yenilikdir. Dünyada da belə bir şey var. Hətta türkiyəli müğənni Petek Dinçöz də belə açıqlama verib ki, uşağımı canlı yayımda dünyaya gətirəcəm”.

Xəbər lenti