Atyor Fərda Xudaverdiyev “Facebook” sosial şəbəkəsində ona yazılan suallardan və şərhlərdən şikayətlənib.

Gələn aay kinoteatrlarda yayımlanacaq yeni filmi “Xoxan” barədə yazılanlara əsəbləşən aktyor Ailəm.az-a danışıb. F.Xudaverdiyev yeni filminin Türkiyənin məşhur “Kutsal damacana” filminin plagiatı olduğunu iddia edənlərə cavab verib: “Yazırlar ki, “Xoxan” türk filmi “Kutsal Damacana”ya oxşayır. 20 gün səhəri diri gözümüzlə açmışıq, Orucluğa düşmüşdü, iftar, imsak bilməyib işləmişik. Ortaya yaxşı bir iş çıxarmağa çalışmışıq. Heç filmin çəkiliş keyfiyyətinə də baxmırlar. Elə qüsur axtarışındadırlar. Guya bizim xəbərimiz yoxdur “Kutsal Damacana”dan. O film özü də bir amerikan filmindən təsirlənərək çəkilib. Bunlar sadəcə oturub kompüterin qabağında hamıya söz atırlar. Azərbaycanlı da demək olmaz onlara. Bilirəm ki, üzbəüz gəlsələr, heç nə deyə bilməzlər mənə. Çünki hələ küçədə mənə yaxınlaşıb irad bildirən adam görməmişəm. Kişilikləri çatmır. Sözləri varsa, şəxsi hesabıma yazsınlar, mən də nömrə verim, görüşək”.

 Qeyd edək ki, Fərda Xudaverdiyev, Aynur Hüseyn və Elməddin Cəfərovun baş rollarında çəkildiyi “Xoxan” filmi dekabr ayında Bakı kinoteatrlarında nümayiş olunacaq.

Xəbər lenti