"Azərbaycan hökumətindəki tərəfdaşlarımızın bizim gerçək maraqlarımızın nədən ibarət olduğunu bilməsi vacibdir. Bizim maraqlarımız bundan ibarətdir: Azərbaycanda sabitlik və firavanlıq istəyirik.

Və düşünürük ki, bunu təmin etmək üçün getdikcə daha çox müstəqil səslərə sayğı göstərilməli və normal müasir cəmiyyətlərdə onların adətən gördükləri işləri görmələrinə icazə verilməlidir”.

Bunu ABŞ-da Demokratiyaya Milli Dəstək təşkilatında (NED) Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunarkən ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisinin müavini Thomas Meliadeyib.

Onun bildirdiyinə görə, ABŞ ən yüksək səviyyədə Azərbaycan hökumətilə kontaktları davam etdirəcək və öz ölkəsinin sürətlə müasir demokratik dünyaya inteqrasiyasına çalışan müstəqil səsləri dəstəkləməkdə davam edəcək.

Demokratiyaya Milli Dəstək təşkilatında Rusiya və Avrasiya Proqramlarının direktoru Miriam Lanskoy isə deyib ki, beynəlxalq qurumların işinə cəlb etmək yolu ilə hansısa ölkələrdə demokratiya və insan haqları sahəsində vəziyyətin yaxşılaşmasına nail olmaq tezisi özünü doğrultmayıb. Bu tezis 20 ildir gündəmdədir. “Azərbaycan ATƏT, Avropa Şurası, Avropa Birliyinin Qonşuluq siyasətinə nə qədər çox inteqrasiya edirsə, bundan nə qədər çox faydalanırsa, insan haqları sahəsində vəziyyət bir o qədər kəskin pisləşməkdə davam edir“ – deyə Lonskoy qeyd edib.

Bakı Dövlət Universitetinin professoru Altay Göyüşovsa deyib ki, Avropa Şurasına qoşulmamışdan əvvəl Azərbaycan daha demokratik ölkə idi. Onun fikrincə, indi Avropa Şurasına rəhbərlik etməsi Azərbaycana demokratiyanı daha da inkişaf etdirmək üçün bir fürsət olmalı idi. Amma bunun əvəzində həmin dövrdən müstəqil səsləri tamamilə boğmaq, müxalif fikir üçün meydanı tamamilə daraldıb aradan qaldırmaq üçün istifadə edildi.

Azad Avropa və Azadlıq Radiolarının Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev bildirib ki, hazırda radionun Azərbaycandakı fəaliyyəti tamamilə iflic edilib. Radionun Bakı bürosu bağlanıb, bank hesabı dondurulub:

“Bizə və başqa qeyri-hökumət təşkilatlarına qarşı edilənlər – sıradan hadisələr deyil. Bu, sistemli və koordinasiya olunmuş şəkildə edilir və bizim təşkilatların heç birinin fərdi fəaliyyəti ilə bağlı deyil”.

K.Əliyev onu da deyib ki, radio təzyiqlər qarşısında geri çəkilmək fikrində deyil:

“Biz israrlıyıq və polisin Bakı büromuza və jurnalistlərimizə hücumuna qarşı çıxmaqda davam edəcəyik. Bizi susdurmaq mümkün olmayacaq. Azadlıq Radiosu Azərbaycan xalqına azad, senzurasız, obyektiv xəbərlər çatdırmaqda davam edəcək. Buna heç kəsin şübhəsi olmasın."

Ötən il dekabrın son günlərində Azadlıq Radiosunun Bakı bürosu möhürlənib və o vaxtdan bəri radionun onlarla əməkdaşı Respublika Prokurorluğunda dindirilib.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

Xəbər lenti