Dairə və məntəqə seçki komissiyalarında əməkhaqlarının hesablanması zamanı rüsvayçı nəticələrə səbəb olan qarışıqlıq baş verib.

 Teleqraf.az axar.az-a istinadən xəbər verir ki, 23 dekabr 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı iki ay müddətində fəaliyyət göstərən məntəqə seçki komissiyası üzvlərinin əməkhaqqısı hesablanarkən gəlir vergisi və sosial ödəmələrin tətbiq edilib-edilməməsi müzakirə edilib. Bu vaxta qədər dairə və məntəqə üzvləri gəlir vergisindən azad edilib, çünki daimi iş yeri sayılmadığı və maaşların simvolik xarakteri bu güzəştə səbəb olub. Budəfəki bələdiyyə seçkilərində isə gəlir vergisi və sosial ödəmələr bir daha aktuallaşıb və problem də burdan başlayıb: əksəriyyət dairələr köhnə qayda ilə maaşların hesablanmasında gəlir vergisi və sosial ödəmələr tətbiq etməsələr də, bir neçə dairədə bu tutulmalar həyata keçirilib. Nəticədə eybəcər bir mənzərə yaranıb: Dairə və məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri eyni vəzifəni daşımalarına və eyni əməkhaqqı təyininə baxmayaraq, fərqli maaşlar alıblar. Bu isə təbii narazılığa səbəb olub.

 Əldə etdiyimiz məlumata görə, problem Mərkəzi Seçki Komissiyasının rəhbərliyində də müzakirə edilib və gəlir vergisinin maaşlara tətbiq edildiyi, amma əksər dairə rəhbərlərinin bu qərarı nəzərə almadığı bildirilib. Buna görə də qanunvericiliyə uyğun olaraq vergilərin və sosial ödəmələrin dərhal icra edilməsi dairə sədrlərindən tələb edilib.

 Dairə sədrləri və mühasibatlıqlar isə bu tələbi icra etməkdə acizdirlər. Çünki əməkhaqları seçkidən bir neçə gün əvvəl işçilərin bank hesablarına oturdulub və demək olar ki, hamı artıq maaşını alıb. İndi üzvlərdən vergiləri geri istəmək praktiki olaraq mümkün deyil.

 MSK isə tapşırığın icra edilməsi üçün DSK rəhbərlərinə vaxt qoyub. Məlumatda qeyd olunur ki, hətta vergi və sosial ödəmələrin dairə sədrlərinə “öz cibindən olsa belə” ödəmək tələbi əməlli-başlı çaşqınlıq yaradıb.

 Narahatlığın səbəbi isə məbləğin həddən artıq böyük olmasıdır. Bir dairədə orta hesabla 50 məntəqə, hər məntəqədə isə texniki işçilərlə birgə 9 işçi olduğunu və gəlir vergisinin əməkhaqqı ödənilən noyabr-dekabr ayları üçün cəmi 54 manat təşkil etdiyini nəzarə aldıqda, ortaya təxmini hesablamalarla 25 min manat civarında bir rəqəm çıxır.

 Hazırda dairə rəhbərləri qarışıqlığın bu il üçün də güzəşt tətbiqini uzatmaqla həllini xahiş edirlər. Belədə isə növbəti problem yaranır: bəs, vergilərin tətbiqi ilə əməkhaqqı hesablayan dairələr necə olsun? Onlar artıq gəlir vergisi və sosial ödəmələri əməkhaqlarına tətbiq ediblər, köçürmələri də həyata keçiriblər...

 Mövzunu iş günlərində rəsmi açıqlamalarla davam etdirəcəyik.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

Xəbər lenti