Bu gün Avropa Şurası Parlament Assambleyasının Prezidenti xanım Ann Brasör Azərbaycanda fəaliyyət göstərən parlament partiyalarının sədrləri ilə görüşüb.

Milli Məclisin binasında baş tutan görüşdə Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov da çıxış edib.

Teleqraf.az Ədalət Partiyasının mətbuat xidməti tərəfindən mətbuata ötürülən həmin çıxışı təqdim edir:

Xanım Ann Brasör! Azərbaycana xoş gəlmisiniz.

Vaxtı çox almamaq üçün sizin diqqətinizi iki məsələyə cəlb etmək istəyirəm. Birincisi, siz bizdən Avropa standartlarına əmək etməyi tələb edirsiniz. Bir halda ki, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, deməli, üzərimizə götürdüyümüz öhdəliklərə əməl etməliyik. Yəni insanın hüquq və azadlıqlarının, qanunun aliliyi prinsipinin təmin edilməsi və demokratiyanın inkişafı istiqamətində fəaliyyət göstərməliyik. Bununla yanaşı, Avropa ölkələrinin bir çoxunda Avropa standartlarına zidd qanunlar qəbul edilir, lakin buna heç etiraz da bildirilmir. Məsələn, İsveçrədə, Sloveniyada, Fransada bu günlərdə isə Yunanıstanda uydurma erməni genosidini etiraf etməmək cinayət hesab edilir. Avropanın göbəyində insanlar orta əsrlərdə olduğu kimi fikrə, düşüncəyə görə təqib olunurlar. Çox təəssüf ki, artıq bu ideyadan praktikaya da çevrilib. İsveçrədə  belə məhkəmə təcrübəsi var.

XXI əsrdə Avropada insanın fikrə, düşüncəyə görə təqib etmək - bu Avropa ruhuna, insanın hüquq və azadlıqlarına uyğundurmu? Vaxtilə Avropanın ağıllı başları Volter, Monteskyö, Çezari Bekkari və başqaları orta əsrlərdə hökm sürən və indi də Avropa məkanına köçürülən cəhalətə qarşı mübarizə apararaq tələb edirdilər ki, insanı fikrinə, düşüncəsinə görə deyil, konkret əməlinə görə mühakimə etmək olar. Sonralar bu mütərəqqi fikirlər reallığa çevrildi. İndi isə  erməni yalanlarına qulluq edən Avropa cəhalət yoluna qədəm qoyur. Buna münasibətiniz?

İkincisi, Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçı-terrorçu hərəkat baş verdi. Bu da erməni millətçilərinin dənizdən-dənizə böyük Ermənistan qurmaq kimi absurd ideyalarının tərkib hissəsidir. Belə ki, hələ 1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütun partiyasının XXIII qurultayı keçirildi. Qurultayda bir məsələ - Ermənistanın ərazisinin genişləndirilməsi müzakirə olundu. Bir səs çoxluğu ilə qərara alındı ki, Gürcüstan ərazisindən deyil, Azərbaycandan – Dağlıq Qarabağdan başlamaq lazımdır. Çox təəccüblüdür ki, qərarın surətini Moskvaya – M.S.Qorbaçovun ətrafında cəmləşənlərə də göndərdilər. Nəticəsi isə göz qabağındadır. İndi bu separatçı-terrorçu hərəkata qanuni don geyindirməyə çalışırlar. Erməni millətçiləri və onların Qərbdə, Amerikada olan havadarları beynəlxalq ictimaiyyəti aldadaraq söyləyirlər ki, bu münaqişəni həll etmək çox çətindir, çünki Azərbaycan tərəfində beynəlxalq hüququn bir prinsipi - ərazi toxunulmazlığı, ermənilər tərəfində isə bu hüququn guya ikinci prinsipi – xalqların öz müqəddəratını müəyyən etmək durur. Çox təəssüf ki, bu yalanı bu yaxınlarda Minsk Qrupunun ABŞ-dan olan həmsədri C.Uorlik də təkrar etdi.

Hamıya aydındır ki, ermənilər bir xalq kimi artıq öz müqəddəratını müəyyən edib Ermənistan Respublikasını qurublar. Dağlıq Qarabağda yaşayan ermənilər xalq deyillər, erməni kökənli məskunlardır. Başqa dövlətlərin ərazisində yaşayan ermənilər təkrarən öz müqəddəratlarını müəyyən edə bilməzlər. Əks halda dünyada – Rusiyada, Fransada, ABŞ-da, Argentinada, Gürcüstanda və s. yerlərdə onlarla erməni dövləti yarana bilər ki, bu absurddur, buna yol verilə bilməz. Düşünürəm ki, biz bir xalq olaraq hər bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan vermərik. Bunun üçün əzmkarlığımız da, tələb olunan gücümüz də var. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Buna da münasibətiniz?

Diqqətinizə görə sağ olun.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Beynəlxalq axtarışa verilən azərbaycanlı Mosulda öldürüldü

05 Fev 2018 Amerikalı casusdan Türk ordusu və “dərin dövlət”lə bağlı SENSASİYALI ÇAĞIRIŞ

25 Okt 2016 "Türkiyənin Alyansın qərargahlarında hərbçi saxlayacağına əminəm"

16 Okt 2016 Türkiyə ABŞ-a xəbərdarlıq etdi – “Yüz illlik müharibə başlayar…”

15 Okt 2016 Deputatlığa namizədlər narkoloji testdən keçiriləcək

14 Okt 2016 Polat Alemdar yeni serialın ilk bölümlərində yer almayacaq - VİDEO

10 Okt 2016 Yadplanetlilər ABŞ raketlərini məhv edib - Məxfi məlumatlar açıldı

07 Okt 2016 Türk diplomat: “ABŞ-ın Güləni verməkdən başqa çıxış yolu yoxdur”

05 Okt 2016 Çin öz məhsulları ilə dünyanı necə aldadır? – Video

05 Okt 2016 Cərrahdan əməliyyatda görünməmiş hərəkət – Video

01 Okt 2016 Kürəkənlər yazışdı, Doğan Media qrupun rəhbəri istefa verdi

22 Sent 2016 "FETÖ bu ölkələrdə çevriliş edə bilər"

15 Sent 2016 Mustafa Cəmilov: 'Rusiya Krıma nüvə silahı yerləşdirdi'

06 Sent 2016 Hakimiyyəti zorla dəyişdirmək istəyənlər ömürlük həbs olunacaq

31 Avq 2016 İran Türkiyədən tələb etdi: “Əməliyyatı dayandırın”

20 Avq 2016 Lənkəranskini öldürmək üçün kürd silahlılarına pul ödənilib

08 Avq 2016 Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər

31 İyul 2016 UNO ilə bağlı heyrətamiz video - Realdırmı?

28 İyul 2016 QAT sədrindən aksiya xəbərdarlığı

26 İyul 2016 İranda birgə şənliyə görə 150 oğlan və qız tutuldu

22 İyul 2016 Yəhudi ruhaninin türklərlə bağlı tükürpədən məktubu - Mətn

12 İyul 2016 Ramiz Mehdiyev aprel döyüşlərindən yazdı

08 İyul 2016 “Fikrət Fərəməzoğlunun həmkarları gərəkən addımları atmalıdırlar”

06 İyul 2016 Səddamın heykəlini yıxan adam:"Heykəli yenidən ucaldardım”

05 İyun 2016 Ərdoğan 3 il sonra Fransadan əvəz çıxdı

26 May 2016 Azərbaycan Demokratiya və Rifah Hərəkatı təkliflər paketini açıqladı

25 May 2016 KXCP rus ordusunun Azərbaycandan çıxarıldığı günü qeyd etdi

19 May 2016 Eldar Həsənov: “Başqa bir sahəyə getmək mənim üçün maraqlı və vacib deyil”

17 May 2016 Həmsədirlər bəyanat Verdi: “Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

12 May 2016 “Avropa dəyərlərinə hörmət edilsə vətəndaş cəmiyyəti sıradan çıxarılmaz”

Xəbər lenti