“Gənclərin qabağa çıxmaları zamanı gəlib çatıb, imkan yaratmaq lazımdır lider kimi özlərini sınasınlar”

24 yanvarda saat 14.00-da ADP qərargahında müxalifətin böyük toplantısının keçiriləcəyinə hazırlıq getdiyi xəbərlərində təşəbbüsçülər sırasında AXP sədri Pənah Hüseynin də adı çəkilir. Bununla əlaqədar Pənaha Hüseynə müraciət edib məsələyə aydınlıq gətirməsini xahiş etdik. 

Pənah Hüseyn bildirdi ki, belə təşəbbüslər müxtəlif şəxslər tərəfindən  səsləndirilir və ona da bu barədə müraciət edilib və  rəyi öyrənilib. Həmçinin istənilib ki, təklifin reallaşmasında iştirak etsin: “Niyyət mənə faydalı görünüb və həmin tədbirin hazırlanmasına qatılmışam.  Mənim informasiyama və  təsəvvürümə görə 24 yanvar tədbiri müxalifətin, xüsusən böyük toplantısı kimi yox, ictimai siyasi xadimlərin, ekspertlərin, hətta maraq göstərən hər bir  vətəndaşın tədbiri olması, bir növ yaranmış vəziyyət və çıxış yolları mövzusunda ictimai dinləmələr şəklində alınması daha gözləniləndir. Siyasi düşərgədə vəziyyət elədir ki, ölkədə dramatik situasiya yaranmasına, yerlərdə iqtisadi-sosial böhranla bağlı spontan etiraz aksiyaların başlanmasına  baxmayaraq, mövcud  müxalifət liderlərinin bir araya gələrək müzakirələr keçirmək, birgə qərarlar qəbul etmək üçün toplantı keçirməyə həvəsli  olmaları görünmür.  Mən şəxsi münasibət imkanlarından istifadə edərək bəzi siyasətçilərlə fikir mübadiləsi aparmışam. Bu gün vəziyyət belədir. Bəlkə sabah başqa cür olacaq. Odur ki,  toplantı təşəbbüsçüləri ilə söhbətlərdə də demişəm ki, mümkün olanı reallaşdırmağa çalışmaq lazımdır. Yoxsa ictimai rəydə böyük gözləntilər yaradıb, sonra da tədbiri  liderlər,  partiyalar  boykot etdi tipli kimi manşetlərə səbəb olmağa ehtiyac yoxdur”. 

AXP sədri dedi ki, 24 yanvar tədbiri bu və ya digər formatda yəqin ki, baş tutacaq və iştirakçı tərkibindən asılı olmayaraq faydalı olacaq. Tədbirə yönəlik  maraqlı təkliflər də var: “Daimi fəaliyyət göstərən böhran masası funksiyalı  dəyirmi masanın yaradılması, iqtidarla və siyasi müxalifətlə təmasların qurulması üçün heyətin seçilib  formalaşdırılması, xalq hərəkatının təsis olunması və ya bunun üçün təşəbbüs qrupunun yaradılması, ictimaiyyətin tələblərinin ümumiləşdirilib hakimiyyət qarşısında irəli sürülməsi  məsələlərinin müzakirəyə çıxarılması  kimi təklifləri göstərmək olar”.

P.Hüseynin tədbirin vaxtı dəyişdirilə bilərmi sualına cavabı belə oldu ki, şəxsən onun üçün bu gün tədbirin vaxtının dəyişdirilməsi üçün bir səbəb yoxdur. Ancaq sabah belə bir səbəb yaranarsa və  ehtiyac olarsa, ya təklif gələrsə etiraz da etməz.

Tədbir baş tutacağı halda aparıcının kim ola biləcəyinə gəldikdə, P.Hüseyn bildirdi ki, bu, iştirakçıların tərkibindən asılı olan məsələdir: “Tutaq ki, əgər iştirak edərlərsə məsələn, Sabir Rüstəmxanlı, professor Firudin Cəlilov, Mehman Əliyev, Natiq Cəfərli, Ərəstun Oruclu  kimi şəxslər sədrlik, aparıcılıq edə bilərlər.  Elə də ola bilər ki, bu gün geniş ictimaiyyətin tanımadığı gənc fəallar moderator olsunlar. Gənclərin qabağa çıxmaları zamanı gəlib çatıb, imkan yaratmaq lazımdır ki, lider kimi özlərini sınasınlar”.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti