"Bu insanlar məhz həmin Vicdan proqramı ilə hərəkət edərək siyasi iradənin məntiqli qərarlar verməsini təmin etməlidirlər."

Devalvasiya, iqtisadi böhran, çarəsizlik, ümidsizlik fonunda bir maraqlı tendensiyanı da vurğulamaq vacibdir.

Cəmiyyətin müxtəlif kəsimlərindən olan insanlar çıxış yolları ilə bağlı düşünməyə, axtarışa, layihələr hazırlmağa və təqdim etməyə başlayıblar. Unutmayaq ki, Allah insanları və millətləri həm zənginliklə, həm də yoxsulluqla sınağa çəkər. Biz ayrı-ayrılıqda insanlar olaraq və bütövlükdə bir milli-siyasi orqanizm olaraq zənginlik sınağından uğurla çıxmadıq. Fərdi olaraq da, hökumət olaraq da israfçılıq yönümüz xeyli artıq oldu. Bu illərin bir müsbət faktı o oldu ki, ölkəmizin xaos və müharibə girdabı içinə sürüklənməsi baş vermədi. Qanunsuzluqlar, özbaşınalıqlar, ədalətsizliklər oldu, ancaq bütövlükdə dövlətimizin hüdudları içində etnik, dini, siyasi və sosial qarşıdurmalar baş vermədi. İndi də bizlər ayrı-ayrı fərdlər ve bütöv cəmiyyət olaraq yoxsulluqla, qıtlıqla, qeyri-sabit büdcə ilə sınağa çəkilirik. İndi ümid edək ki, şöhrət duyğusu ilə bahalı avtomobil sürmək üçün bu qədər kredit məbləğinin altına ağlı başında olanlar daha girməyəcək, mütəvazi toy və yas məclislərini keçirəcəklər, bahalı istirahətləri məhdudlaşdıracaqlar, özlərinə lazım olan kvadratda ev tikəcəklər, gündəlik həyatda sərt qənaət rejimi tətbiq edəcəklər.

İndi hər kəs bir böhran proqramı, təkliflər paketi ilə hökumətin qarşısına çıxır. Xüsusilə də bu istiqamətdə dəyərli fikirlərini paylaşan müstəqil iqtisadçıların səylərini qiymətləndirmək vacibdir. Bu həm də o deməkdir ki, nəhayət ki, hakimiyyət rıçaqları əlinde olanların göyün uca qatlarından aşağı enib "ağıl ağıldan üstündür" anlayışı ilə problemlərə baxışına fürsət yaranıb. Eyni zamanda siyasi fürsətçilərin də məsuliyyətsiz çağırışlarının genişlənməsinə imkan vermədən soyuqqanlı şəkildə acınacaqlı durumdan çıxmaq üçün təcili tədbirlər görülməlidir. İndi Azərbaycana Antiböhran proqramı deyil, Vicdan proqramı lazımdır. Hökumət təmsilçilərindən tutmuş sıradan vətandaşa qədər öz üzərinə düşən məsuliyyəti anlayaraq çəvrəmizdə olan ölkələrdəki xaosun addım-addım bizə də yaxınlaşmasına rəvac verməməlidirlər. Hakimiyyətin iqtisadçıları içində az sayda da olsa müasir prosesləri sağlam təhlil edən və çıxış yolları barədə dəqiq təsəvvürləri olan savadlı və vicdanlı insanlar var. Bu insanlar məhz həmin Vicdan proqramı ilə hərəkət edərək siyasi iradənin məntiqli qərarlar verməsini təmin etməlidirlər.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti