Mirmahmud Mirəlioğlu: Azərbaycan hakimiyyəti siyasi islahata gedəcək. Azərbaycan vətəndaşını yandırsa da, özünü yandırsa da, bizi dinləsə də, dinləməsə də, islahata gedəcək

Məlum oluduğu kimi, bu il bütün diqqət Bakıda keçiriləcək I Avropa Oyunlarına yönəlib. Ölkənin aparıcı siyasi qüvvəsi olan hakimiyyətin bütün fəaliyyətini bu istiqamətə yönəltməsi payızda keçiriləcək parlament seçkilərini arxa plana keçirib. Rəqib qüvvə olan müxalifətin zəif olması, yeni proses yarada bilməməsi isə seçkiöncəsi vəziyyətin daha durğun olmasına rəvac verib. Amma mayın 19-da Bakıda baş verən faciəvi yanğın hadisəsi bütün proseslərin önünə keçdi. Hətta siyasi mübarizə tərəfləri də bu məsələ üzərindən müzakirələrə başlayıblar. Klassik Xalq Cəhbəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da ölkənin ictimai-siyasi arenasında baş verən hadisələri şərh edərkən 19 mayın Azərbaycan üçün bir dönüm nöqtəsi olduğunu bildirib:

- Bu il seçki ili olsa da, hakimiyyət Avropa Oyunları məsələsini gündəmə gətirdi. Bütün enerji, iş, diqqət, zaman, saatlar, saatların əqrəbləri Avropa Oyunlarına kökləndi. Ovaxt sovet ordusunda tərxis olunmaq gününə qədər hesablayırdılar, həmin günə neçə gün qaldığını sayırdılar. İndi də Azərbaycan hakimiyyəti Avropa Oyunlarının startına qədər gün sayır. Ona görə də hər şey unuduldu, hakimiyyətin də fikri-zikri Avropa Oyunlarında qaldı. Seçkidən isə nə danışan var, nə də onu yada salan. Özlərini o dərəcədə unutdular ki, bu oyunlara əvvəlcə olimpiada adını verdilər. Sonra gördülər ki, dünya bunlara gülür, adını dəyişib Avropa Oyunları elədilər. Yəni, seçki ili olmasına baxmayaraq, heç kim seçkidən danışmır, amma Avropa Oyunlarından, onun əhəmiyyətindən ürək dolusu çıxışlar edilir.

- Ancaq mayın 19-da Bakıda baş verən faciəvi yanğın ölkədəki ab-havanı, eləcə də gündəmi dəyişdi…

- Bəli. İllər öncə demişdik ki, bir gün elə bir hadisə baş verəcək ki, bu hakimiyyət başını itirəcək. Şairin dediyi kimi, Göstərən saətdə dövrani-fələk bir inqilab, həm özü fani olur, həm ləşkəri, həm kişvəri. Təəssüflər olsun ki, belə də oldu. Faciəvi bir hadisə baş verəndə hər şey unuduldu. Bəlli oldu ki, ölkədə bütün məsələlər baş-ayaq imiş. Çox sarsıdıcı bir hadisə idi. Hadisə nəticəsində dünyasınıdəyişənlərə Allahdan rəhmət diləyirik, yaralıların tezliklə şəfa arzulayırıq. Azərbaycan hakimiyyətinə, məmurlara, bu işdə məsuliyyəti olan şəxslərə də Allahdan rəhm diləyirik ki, bir az insaflı olsunlar. Eyni zamanda, bu faciəvi hadisəyə görə məsuliyyət daşıyanların sərt şəkildə cəzalanmasını hakimiyyətdən tələb edirik. Təəssüflər olsun ki, kimlərinsə məsuliyyətsizliyi, səriştəsizliyi, acgözlüyü nəticəsində belə bir faciə yaşandı.

- Sizcə, baş verən hadisəyə adekvat olaraq cəzandırılma olacaqmı?

- İlham Əliyev çıxış edənə qədər bu qənaətdəydim ki, Azərbaycan hakimiyyətinin nəzərində insanlıq ölüb. Yəni, düşünürdüm ki,Azərbaycan insanının başına nə gəlirsə-gəlsin, bu hakimiyyətin vecinə də deyil. Amma açıq demək lazımdır ki, İlham Əliyev Avropa Oyunlarının bu faciənin qarşısında boş şeydir deməsi, fərqli düşünməyə vadar etdi. Təbii ki, hakimiyyətdə də normal, əxlaqlı, ədalətli, halal adamlar var, amma bunu hamıya şamil etmək mümkün deyil. Əgər evin bünövrəsi haramla qoyulursa, bünövrə satılırsa, icra başçısı, yaxud başqa təyinatlı şəxslər parayla, pulla, rüşvətlə vəzifə alırsa, hər bir sm-i sataraq bütün strukturlar korrupsiyaya bulaşırsa,ölkənin bütün idarəetmə sistemində alqı-satqı gedirsə, bunun sonu belə olmalı idi. Əslində, baş verən yanğından sonra insanların reaksiyasının özü bir partlayış idi. İndi görürsünüz, bu saat bütün şəhər söküntüyə oxşayır. Amma hələlik heç kim məsuliyyətə cəlb olunmur. Bəs, bunu edən kim idi? Bütövlükdə gözəl ideyadır, gətirdilər, quraşdırdılar, üzlədilər, bəzədilər, böyük pullar xərclədilər. İndi bu söküntünün parasını kim verir? Niyə bu işdə heç kim məsuliyyət daşımır? Niyə icra başçıları hesab vermirlər?

 Bakının icra başçısı artistliklə məşğuldur. Əgər belə istedadlıdırsa, həmin icra başçılarını göndərsinlər, opera balet teatrına, «muzkomediya»ya, Milli DramTeatrına, orda kifayət qədər rol ala bilərlər. Siz adamın danışığına baxın. Gəlib zərərçəkənə deyir ki, danışın, ağlayın, ürəyinizi boşaldın. Deyir ki, mən elə ona görə gəlmişəm ki, stresinizi götürüm. Bunlar əməlli-başlı adamları dolamaqla məşğuldur. Yəni, faciədən də bu cür istifadə edirlər.

- Ancaq hakimiyyət mənsubları, eləcə də, onların dəstəkçiləri müxalifəti bu faciədən istifadə etməkdə suçlayırlar…

- Müxalifətdən heç kimin belə bir niyyəti yoxdur. Amma fakt odur ki, hakimiyyətin özü bundan sui-istifadə edir. Siz onların yağ damansifətlərinə baxın. Bunların hadisəyə münasibəti nədi, danışıqları nədir? Yəqin ki, bütün bunlar belə qalmayacaq. Məncə, məsuliyyətsizliyə görə kimsə cəzalanacaq. Amma cəzalanan yüzüncü adam olacaqsa, ona qədər olan adamlar niyə cəzasını almır. Bu cəzasızlıq mühitinin ağır nəticəsini gördük. Bu, onu göstərir ki, insanların təhlükəsizliyinə təhdid var. Adamlar evlərində yaşadıqları yerdə, uşaq da, böyük də, yaşlı da, gənc də, hamilə də, hər kəs diri-diri yanır. Bu gün hakimiyyətin yürütdüyü siyəsət insanları diri-diri yandırır. Ölkədəki rüşvət və korrupsiya, haramçılıq, insanları dinləmədən, saymadan, «biz nə istəyirik, onu da edəcəyik» prinsipi ilə idarəetmə davam eləsə, bütövlükdə ölkəni alov bürüyəcək, hakimiyyətin özü də alovda kül olacaq. Amma yenə də düşünürəm ki, hər hansı bir dəyişiklik olar. Əgər hakimiyyət hər hansı bir dəyişiklik etməsə, vəziyyət daha pis olacaq.

- Mirmahmud bəy, son bir neçə ay ərzində hakimiyyə nümayəndələri ilə müxalifət arasında dialoq mühiti yarandı, görüşlər keçirildi.Yuxarıda qeyd etdiyiniz düşüncə tərzində olan, insanların faciəsindən belə sui-istifadə edən hakimiyyətlə dialoqa getməyinizə peşman deyilsiz ki?

- Qətiyyən. Biz öncədən də bilirdik ki, kiminlə söhbətə gedirik. Bir daha deyim ki, bu dialoq deyil. Kim bunun adını necə qoyursa, qoysun. Amma biz getdik, sözümüzü dedik, problemləri dilə gətirdilər. Onlar da uyğun şəraitdən danışırlar, bəzən də böyük-böyük danışırlar. Bu, hakimiyyətə də, Azərbaycan insanına da, müxalifətə də lazım idi. İndi olsaydı, o zaman da deyiləcəkdi ki, gərək mütləq hadisə baş verəydi, ondan sonra tərəflər bir masa arxasına keçəydi? Görüşün nəticələri tamam başqa məsələdir. Bu görüşlərə, belə dinləmələrə, müzakirələrə ehtiyac var.

- Müxalifət düşərgəsində hamı bu cür düşünmür, hakimiyyətlə heç nə olmamış kimi, bu şəkildə dialoqa getməyi satqınlıq kimi dəyərləndirənlər də var. Bu barədə nə deyə bilərsiniz?

- Erməni ilə danışa bilirlər, kabab yeyə bilirlər, mütəmadi görüşə bilirlər, ortada ATƏT və digər beynəlxalq təşklatların nümayəndələri də bu müzakirəyə qoşulurlar. Amma Azərbaycan daxilindəki qüvvələrlə görüşmək olmaz? Altını cızaraq deyirəm ki, indiyə kimi heç vaxt hakimiyyətlə müxalifətin bu cür görüşü olmayıb. İndi kimsə deyə bilər ki, Venesiya Komissiyası Seçki Məcəlləsinin müzakirəsini təşkil eləmişdi, ATƏT də bu məsələdə vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Bunların hamısı başqa şeylərdir. İqtidar-müxalifət danışıqları heç vaxt olmayıb. Qarabağla bağlı müzakirə tamam başqa şeydir, Avropa Şurasına üzv olmaqla bağlı müzakirə də fərqli idi. Sırf müxalifət -iqtidar görüşü ilk dəfəydi deyə, təbii ki, onun əleyhdarları da olacaq. Hakimiyyətlə danışığa getməmişdən qabaq bütün bunları bilirdik. Hətta qarşı tərəfin həmlələrini gözardı edib, müzakirəni qəbul eləmişik. Onlar bu günə kimi nə iş görüblər, yaxşı bilirik və indiki situasiyada köhnələri qurdalamağı da zəruri hesab etmirik. Necə olur ki, erməni torpağımızın 20 faizini işğal edir, onunla görüşməyə, danışmağa, hətta ortada minlərlə şəhid qanı ola-ola məsələnin sülh yolu ilə həll olunmasına gedirsən, amma tərcümansız, öz millətinin nümayəndələri ilə görüşməyə pis baxırsan? Bunu ayıb sayanların özləri üçün ayıbdır. Biz kiminlə söhbət elədiyimizi, hansıməsələləri qaldırdığımızı çox gözəl bilirik və bundan da çəkinmirik, narahat deyilik.

Bu addımımıza görə mövqeyimizi ifadə etməyə, arqumentlərimizi ortaya qoymağa hazırıq. Amma gecələr alver edənlərin, Qurd Qapasından görüşənlərin, məsələyə anti-insani xislətlə yanaşanların da tərcümeyi-hallarını da bilirik, ittihamlarından da narahat deyilik. Hakimiyyətin də ciddi nəsə etməsini gözləmirik. Amma niyə haqq bildiyimiz, doğru hesab elədiyimiz yoldan geri durmalıyıq, bu cür görüşlərin təşkilatçılığını başqalarının, vasitəçilərin əlinə verməlik? 

Onsuz da burda bizim hər hansı qazancımız yoxdur, əksinə, daha çox üstümüzə gəlirlər. Lakin bundan narahat deyilik,doğru bildiyimiz bu yolda sona qədər getməkdə israrlıyıq.

- Artıq bir neçə görüş baş tutub. Qarış təfərin davranışından hər hansı bir dəyişikliyə gediləcəyini sezirsinizmi?

- Nəticə mütləq olacaq. Hesab edirəm ki, nəticə o olacaq ki, Azərbaycan hakimiyyəti siyasi islahata gedəcək. Azərbaycan vətəndaşını yandırsa da, özünü yandırsa da, bizi dinləsə də, dinləməsə də, islahata gedəcək. Sonuncü görüşdə də danışıqlar bir az gərgin keçdi.Bu məsələlərin bir qismi hakimiyyət nümayəndələrinin nəzərinə çatdırılıb. Nəticə olmasa, bu məsələlər də deyiləcək. Hakimiyyət özünü yandırsa da, mütləq deyilənləri edəcək. Amma bunu biz dediyimizə görə eləmir, bir az ayıb olur. Yaxşı biz deyirik, elmirsən, özün fikirləş elə. Beynəlxalq tədbirdə, yaxud başqa bir müstəvidə bu cür tələblər irəli sürülsə, onda nə olacaq?  Kimsə də nəsə deyəndə, o dəqiqə başlayırlar ki, heç kim bizimlə zor dilində danışa bilməz və s. Niyə danışa bilməzlər? 

Bizim hamımızla zor dilində danışıblar, torpağımızıişğal ediblər, adamlarımızı öldürüblər. İqtidarlı, müxalifətli, bütün Azərbaycan cəmiyyətinə qulaq asmırlar. Bundan sonra yenə böyük-böyük danışmaq özündən müştəbehlikdir.

- Hazırda müzakirələr davam edir. Necə düşünürsünüz, iqtidar-müxalifət görüşü heç olmasa, bu dəyişiklik payızda keçiriləcək seçkilərdə hər hansı formada təzahür edəcəkmi?

- Avropa Oyunlarına gün sayan Azərbaycan hakimiyyəti üçün 19 may hadisəsi böyük dönüş nöqtəsidir. Bu hadisə Azərbaycan hakimiyyətinə məsuliyyətsizliyinə görə, böyük bir dərsdir. Hesab edirəm ki, hakimiyyətdəkilər bundan nəticə çıxarmalıdır. İnanıram ki, bundan nəticə çıxaracaqlar. Düzdür, hələ ki eyforiyadadırlar, yenə də Avropa Oyunları ilə məşğuldurlar. Əgər bu dönüş hadisəsinin təsiri olmayacaqsa, bir neçə dəqiqədə binada yanan adamlar kimi, Azərbaycan hakimiyyəti özünü yandıracaq. Əgər hakimiyyət cəmiyyətin, dünyanın istədiyi demokratik seçkini keçirməsə, özünü yandıracaq, heç özünə də çox güvənməsin.../Mia.az/

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti