Bu gün 1994-cü ildə Bişkekdə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında imzalanan atəşkəs müqaviləsinin 21-ci ildönümüdür.Lakin 1994-cü ilin 12 may günü Bişkekdə imzalanmış "Atəşkəs haqqında müqavilə"nə silahları durdurdu,nə də qan tökülməsinin qarşısını aldı.

Teleqraf.az-ın "bu atəşkəs imzası ilə Azərbaycanın qazancı nə oldu?" sualına KXCP Sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu münasibət bildirib:

“Artıq Qarabağın işğalından 25 il vaxt keçir.1990-94-ci illər Azərbaycan xalqı özünün torpaqlarını işğalçılardan qorumaq üçün ağır müharibə apararaq 30 minə qədər şəhid verdi.

Müharibə dövrü ordumuz ermənilərə daim hərbi dəstək verən rus əsgərlərinə də qarşı döyüşərək müharibəni uğurla aparırdı. 1993-ci ildə Azərbaycan əsgəri Qarabağın tam azad olunmasını reallaşdırmağa yaxın idi. Sərsəng su hövzəsi və Xankəndi istiqamətində ərazilərə ordumuz nəzarət edirdi. Çox böyük sürətlə kəndlərimiz mühasirədən çıxır və düşmən geri çəkilirdi. BMT-də Ermənistan qoşunlarının Azərbaycandan qeyri-şərtsiz çıxarılması ilə bağlı qətnamələr qəbul edildi.Təəssüf ki, 1993-ci ildə ölkədə baş verən siyasi hakimiyyət dəyişikliyi və demokratik hakimiyyətə qarşı xarici maneələr Qarabağ ətrafı rayonlarının da itkisi ilə nəticələndi.

1994-cü ildə "Atəşkəs müqaviləsi" imzalandı və buna baxmayaraq bu günə qədər düşmən atəşi tərəfindən onlarla əsgərimiz şəhid oldu.

Xəzər Bəy daha sonra qeyd etdi ki,bu günə qədər davam edən atəşkəs zamanı düşmənin hücumları zamanı coxlu əsgərlərimiz şəhid olub.Düşmən snayperləri hətta dinc əhalini də hədəf alır.Baxmayaraq ki, atəşkəsdir,ancaq Azərbaycana qarşı təziqlər hər gün davam etməkdədir. X.Teyyublu "bu müharibənin sonu və regionun gələcək taleyi necə olacaq?"sualımıza Qafqazda münaqişələri vaxtı ilə Rusiya alovlandırıb və onların təsir gücü hələ də ortadadırsa Ermənistanla müharibə bitməyəcək. Azərbaycan əsgəri Qarabağı erməni işğalından azad edəcək. Ermənilər də gələcəklərini düşünürlərsə Rusiyanın təsirindən çıxmalıdırlar. Rusiyanın Qafqazdan geri çəkilməsi Qarabağın azad olunmasına və Qafqazda sabitliyin bərpa olunmasına səbəb olacaq"-deyə fikir bildirdi.

Elşən Əlisoy

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti